Özəl sektordan olan birokratlar dövlət aparatında işləməyə yaxşı uyğunlaşmırlar.
Veteninfo.az xəbər verir ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda bir neçə naziri işdən çıxarmaq niyyətindədir.
Türkiyə mediası iddia edir ki,özəl sektordan hakimiyyətə gələnlərin dövlət sisteminə uyğunlaşmaması ucbatından üç idarə rəisi vəzifəsini itirəcək.
İqtidara yaxın qaynaqlarından mediaya sızdırılan xəbərlərə görə, Ankaradakı siyasi aktyorlar arasında ümumi təəssürat ondan ibarətdir ki, özəl sektordan olan birokratlar dövlət quruluşuna yaxşı uyğunlaşmır, yenə də özəl sektor ideyası ilə hərəkət edirlər və bu da dövlət idarəçiliyində diskomfort yaradır.


























