image-ilham-eliyevbackend

Prezident İlham Əliyev: “Atılan bütün addımlar Azərbaycan xalqının rifahının yaxşılaşdırılması məqsədi daşıyır! “

image-reklam_sirab_01

Qanı bahasına azadlıq əldə edən Odlar Yurdu özünün çiçəklənmə dövrünü yaşayır. Milli qürur, milli birlik və siyasi iradə Azərbaycan dövlətini dünya ölkələri arasında xüsusilə fərqləndirir. Xalq daima ən haqlı mövqedən çıxış edərək, dövlətin idarəetmə haqqını layiqli şəxsə həvalə edir. Məhz buna görə xalq və hakimiyyət arasında daimi sevgi bağı,səmimiyyət, humanist, tolerant bağlılıq olmalıdır. Azərbaycan Respublikasında xalq-iqtidar birliyinin gücü özünü bütün sahələrdə təzahür edir.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə daimi inkişaf və siyasi sabitlik bütün məqsədlərin xalq naminə olduğunu sübut edir. Azərbaycan dövlətinin siyasəti Ulu Öndər Heydər Əliyevin siyasətinin sələfi olduğundan daima uğurla nəticələnmişdir. Xalqın inamı özünü   2003,2008,2013,2018 illərin prezident seçkilərində rəsmi şəkildə göstərdi. 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə artmış, pensiyalar 10 dəfədən çox artıb. Həmçinin, sosial infrastruktur inkişaf etmiş 3100 – dən çox məktəb və 640-dan çox xəstəxana tikilib. Rəqəmlərin həndəsi silsilə ilə artımı güclü inkişafı diqqət mərkəzində saxlayır.

Prezident İlham Əliyev daima bütün fəaliyyətini Azərbaycan xalqının rifahının yaxşılaşdırılması üçün səfərbər edir. Onun hakimiyəti dövründə Azərbaycan dövlətinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.

Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərinə beynəlxalq arena da münasibət bildirmişdir. Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdir: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”.

Artan beynəlxalq nüfuz. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.

Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürüdür. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində qətiyyən yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir. Azərbaycan bu gün öz siyasi, iqtisadi, hərbi gücünü lazımi sahələrdə əks etdirməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” —Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışından.

     Milli Zəfər hissi, bu qürur ilə aparılan sonrakı inkişaf, xalq-iqtidar birliyinin daimi qaynağı  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə əsas qayəsinin ata nəsihəti olduğunu sübut edir.Prezident İlham Əliyev: “Atılan bütün addımlar Azərbaycan xalqının rifahının yaxşılaşdırılması məqsədi daşıyır! “

 

Aypara Babayeva /Nəsimi rayon sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki