image-56backend

Prezident İlham Əliyev Türk Şurasının Zirvə görüşündə çıxış edib(yenilənib)

image-reklam_sirab_01

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü işə başlayıb.

Veteninfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə Görüşünü açıq elan edib.

Sonra Türkiyə dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edib.

Dövlət başçısı tədbirdə çıxış edib.

15:57

Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşü başlayıb.

Veteninfo.az xəbər verir ki, Azərbaycan Prezident İlham Əliyev sammitdə iştirak edir.

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev toplantıda iştirak edir.

00:00

Bu gün İstanbulda Türk Şurası ölkələrinin VIII Zirvə toplantısı keçiriləcək.

“Report” xəbər verir ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyevin iştirak edəcəyi gözlənilir.

“Elektron dövrdə “Yaşıl texnologiyalar” və Ağıllı şəhərlər” mövzusunda təşkil olunan toplantıda liderlər bir çox mühüm məqamları, o cümlədən təşkilatın gələcəyini müəyyənləşdirən məsələləri müzakirə edəcəklər.

Tarixi zirvədə Türkmənistanın müşahidəçi olaraq təşkilata qoşulması, üçüncü ölkələr və qurumlarla əlaqələrin müəyyənləşməsi, təşkilatın gələcəyi ilə bağlı qərarların qəbul edilməsi gözlənilir.

Eyni zamanda, liderlər iclasda regional və beynəlxalq iqtisadi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Zirvə toplantısında sədrlik Azərbaycandan Türkiyəyə keçəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki