image-photo-2022-07-21-16-25-21backend

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin 18 iyul tarixli birgə bəyanatı ilə əlaqədar

image-reklam_sirab_01

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə Bakıda görüş keçirmişdir.
Prezdent İlham Əliyev memorandumu “gələcək üçün” “yol xəritəsi” kimi qiymətləndirib. O, Avropa İttifaqı ilə əvvəllər imzalanmış və həyata keçirilmiş enerji layihələrini xatırladaraq deyib ki, bu razılaşmanın da uğurlu olacağından əmindir. Onun sözlərinə görə, Azərbaycanın təkcə neft-qaz sahəsində yox, həm də külək-günəş kimi alternativ enerji mənbələrində böyük potensialı var. Avropanın təbii qaz tələbatının təmin olunmasında Azərbaycanın böyük rolunu qeyd edib. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Burada, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları var. Buna görə də münasibətlərimizdə şəbəkənin enerji qədər vacib olmasına yönələn birgə səylərə böyük ehtiyac duyulur.
Ursula fon der Lyayn Avropa İttifaqının infrastruktur layihələrindən “mühüm nəqliyyat habına” çevriləcək yeni Bakı limanının inkişafında iştirak etməyə hazır olduqlarını qeyd edib.Bizim Anlaşma Memorandumumuzun üç məqamını vurğulamaq istəyirəm. Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik.
Azərbaycana səfəri ilə bağlı Ursula Von der Leyen Twitter hesabında yazıb ki, Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir: “Bu gün mən Azərbaycanda yeni müqavilə imzalamaq üçün gəlmişəm. Məqsədimiz: bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır”.
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla inkişaf edir. Bizim siyasi münasibətlərin inkişafı baxımından çox yaxşı nailiyyətlərimiz var. Çox fəal siyasi təmaslar mövcuddur.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və dinamik xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna birinə çevrilib. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.
Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi, uğurlu daxili və xarici siyasət xətti Azərbaycanın beynəlxalq aləmdə nufuzunun gündən günə artmasına böyük zəmin yaratmışdır.
Nəsimi rayon təhsil işçisi
Nəbiyeva İradə

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki