image-reklam-veteninfo
image-photo-2022-02-14-21-30-36-1backend

Prezident İlham Əliyevin 11 fevral tarixində “Qobu” Enerji Qovşağının açılışı zamanı AZƏRTAC-a verdiyi müsahibəsi.

image-reklam-veteninfo

Azərbaycan enerji idxalına görə daima dünya dövlətləri arasından seçilmişdir. Bu gün biz bəzi ölkələrin enerjiyə olan tələbatını ödəyən ölkəyik.
Azərbaycan hər sahədə inkişaf etdiyi kimi enerji istehsal etmək və enerjinin qorunması sahəsində də öz üstün inkişafını dünyaya sübut edir. Beləki inşası uzun zaman olan elekrtik stansiyaları ölkəmizdə qısa müddətə başa gəlir və bu stansiyaların inşasında Azərbaycanın yerli memar, usta və işçiləri iştirak edirlər.
Ölkəmiz daima hər sahədə genişlənir və inkişaf edir. Bu gün biz hər cəhətdən inkişaf etmiş bir xalqıq. Buna sübut olaraq müstəqilliyimizin ilk illərində enerji əksikliyi yaşayan ölkəmizin bu gün bəzi xarici dövlətlərə enerji mənbəyi olmasını, əhalinin sayının 7 milyondan artaraq 10 milyondan artıq olmasını göstərə bilərik. Bu gün vətəndaşlarının hər biri ölkədən razıdırsa bu ölkədəki əmin amanlıqdan, iqtisadi və siyasi inkişafdan xəbər verir.
2021-ci ilə nəzər saldıqda iqtisadiyyatımızda 5 faiz artımı müşahidə edirik. Biz həmçinin həmin ildə sənaye istehsalında 20 faiz artımı da görə bilərik. Bu inkişafların göstəricisidir ki biz bu gün Rusiya, Türkiyə, İran və Gürcüstana elektrik enerjisi idxal edirik.
Azərbaycanın uğurlarına uğur qatacaq olan layihələrdən biri isə “Qobu” Enerji Qovşağıdır.
“Qobu” Enerji Qovşağının açılışı 11 fevral 2022-ci il tarixində Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Bu sahədə görülən işlərlə bağlı məlumatı İlham Əliyevə “Azərenerji” ASC-in prezidenti Ayaz Babayev vermişdir.
Bu layihənin üstün cəhətlərindən biri də odur ki “Qobu” Elektrik Stansiyası çox qısa zamanda tikilib və tikintisində bütün əmək yerli işçi, usta və memarlara məxsusdur. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000 meqavatlıq yarımstansiya inşa edilib. Burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovotluq yarımstansiyadır. Stansiyanın inşasında yüksək texnologiyalardan istifadə edilmişdir. Bu elektrik stansiyası ölkədə enerjiyə olan tələbatın ödənilməsində çox böyük yol oynayacaqdır. Həmçinin yarımstansiyanın ərazisində müasir avadanlıqlarla təchiz edilmiş bina da tikilmişdir. Bu layihə hazırlanarkən işçi heyəti də unudulmamış, onların rahat fəaliyyəti üçün yataqxanalar da hazırlanmışdır.
Açılışdan sonra Cənab Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib. O, AZƏRTAC-ın əməkdaşını salamladıqdan sonra onların suallarına cavab verib.
O bu enerji stansiyasının ölkəmizin inkişafında böyük rol oynayacağını vurğulamışdır. Həmçinin bu bizim mailiyyə baxımdından da necə inkişaf etdiyimizin göstəricisidir. Biz artıq güclü enerjiyə malik bir ölkəyik. Bu bizim gələcək uğurlarımızın sadəcə olaraq bir hissəsidir. Həmçinin İlham Əliyev bərpaolunan enerji növləri haqqında da danışmışdır. O, bu layihənin belə qısa zamanda hazır olmasını bizim rekordumuz hesab etdiyini söyləyib.

 

Bakı Slavyan Universiteti
Məmmədova Elnarə




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki