image-img_0663backend

Prezident İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxışı

image-reklam_sirab_01

 

“Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Azərbaycan Ermənistan ilə münaqişəni hərbi-siyasi yolla həll etdi”, -deyə dövlət başçısı çıxışında vurğulayıb.

O, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu xatırladıb.

Prezident İlham Əliyev eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasındakı rolunu xüsusilə vurğulayıb və bunun hər iki tərəfdən çoxsaylı insan itkilərinin qarşısını aldığını söyləyib.

      -Bəyanatda 10 Noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan etmişdir.

     -Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəsdən və bütün hərbi əməliyyatlar dayandırıldıqdan sonra 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən Azərbaycan və Ermənistan öz mövqelərində dayanırlar.

    -Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılır.

    -Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilir.

     -Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir.

     -Münaqişə tərəfləri tərəfindən razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədi ilə sülhməramlı mərkəz yerləşdirilir.

     -Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarərinə keçir (eni 5 km). Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir.

    -Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar.

     -Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və cəsədlərin mübadiləsi aparılır.

    -Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.

Dövlət başçısı öz çıxışında xüsusi olaraq  mina məsələrinə toxunaraq bildirib ki,dünyada ən çox mina basdırılan ərazilərdən biri Azərbaycanın işğal altında olmuş torpaqlarıdır: “Uzun illər boyu erməni işğalı altında qalan Azərbaycan torpaqları – Dağlıq Qarabağ və ətrafındakı 7 rayon dünyanın ən gözəl guşələrindən olduğu kimi, ən təhlükəli ərazilərindən də hesab edilə bilər. Belə ki, Ermənistan-Azərbaycan arasında yaşanan I və II Dağlıq Qarabağ müharibələri nəticəsində son 30 ildə burada torpağa ağacdan çox mina basdırılıb. BMT və ABŞ-ın ilkin təqribi hesablamalarına görə Dağlıq Qarabağ “Respublikası”nda, yəni Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonunun ərazisində ümumilikdə 100 min mina basdırılmışdır. Landmine Monitorun 2020 hesabatına görə Azərbaycan nəzarətində olan minalanmış ərazilərin ümumi sahəsi 9,44 km2, Dağlıq Qarabağ “Respublika”sının nəzarətindəki, yəni Azərbaycanın işğal altındakı torpaqlarındakı minalanmış ərazilərin sahəsi isə 9 km2 olaraq qeyd edilmişdir. Bunlar rəsmi rəqəmlərdir. Bununla yanaşı həmin təşkilatın qeyd etdiyinə görə, Dağlıq Qarabağda minalanmış ərazilərin ümumi sahəsinin 350-830 km2 arasında dəyişə biləcəyi ehtimal edilir. Lakin 27 sentyabr-9 noyabr 2020 tarixlərindəki II Dağlıq Qarabağ müharibəsindən sonra Azərbaycan 30 ildir işğal altında olan torpaqlarını (7 rayonu və Dağlıq Qarabağın bir hissəsini) azad edərək geri qaytarmağı bacarmışdır.”

Dövlət başçısı  bildirib ki, Dağlıq Qarabağ Müharibəsinin üçtərəfli atəşkəs bəyanatı ilə başa çatdığı 10 noyabr 2020 tarixindən günümüzədək isə sülhməramlılar, hərbçilər və dinc sakinlər daxil olmaqla ümumilikdə 140 nəfərdən çox şəxs ermənilərin quraşdırdığı minalara düşmüş, 27 azərbaycanlı (7 hərbçi və 20 dinc sakin) həyatını itirmiş, 115 azərbaycanlı (86 hərbçi və 29 dinc sakin) isə yaralanmışdır.

Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı. İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın maddi-mədəni irsimizi məhv etməsi təkcə Azərbaycana qarşı deyil, həm də ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik və vandalizm aktıdır. İşğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən yüzlərlə tarixi abidə, onlarla muzey, məscid və mədəni irs nümunələri vandalizm obyektinə çevirib. XIX əsrə aid Ağdam məscidi dağıdılıb talan edilməklə yanaşı, donuz və mal-qara saxlanılması üçün tövlə kimi istifadə edilib və təhqir obyektinə çevrilib,- deyə Prezident İlham Əliyev öz çıxışında bildirib.

Nitqinə davam edən prezident bildirib ki, rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

“Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”, – deyə Azərbaycan Prezidenti bildirib.

İlham Əliyev demişdir ki-“Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır. Belə adlandırılan “erməni hərbi əsirlər” məsələsinə də toxunmaq istərdim. Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.”

Azərbaycan Dillər Universiteti – Humay Muradova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki