image-photo-2021-10-22-15-17-50backend

Prezident İlham Əliyevin 2021-ci il 17 oktyabr tarixində Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünə dair.

image-reklam_sirab_01

Füzuli rayonu ərazi vahidi olaraq 1827-ci il sentyabrın 10-da yaradılmışdır. Amma, ilkin adı Qarabulaq olmuşdur. Daha sonra 1930-cu ildə rayon kimi təşkil olunmuş və Qaryagin adlandırılmışdır.

Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər düzənlik və alçaq sahələri əhatə edir. Füzuli İranla həmsərhəd

rayonlarımızdandır.

Füzuli 23 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunmuş, sakinləri isə öz yurdlarından didərgin düşmüş, məcburi köçkün olmuşdurlar. 1994-cü ildə Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi işğaldan azad edilir. Ancaq, bir hissəsi isə erməni işğalı altında qalır. Bu Füzuli sakinləri üçün ən ağır dərdlərdən idi.

Füzuli 30 ilə yaxın işğal altında qalmış, erməni vəhşiliyinə məruz qalmışdır. Bu uzun müddətdə Füzuli sakinləri daima Füzulinin həsrətini çəkmiş, nə zamansa öz yurdlarına dönəcəklərinə ümid bəsləmişdirlər.

27 sentyabr 2020-ci ildə başlanılan Vətən müharibəsi xalqımız üçün, Füzuli sakinləri üçün bir ümid oldu. İllər sonra bir ümid var idi Qarabağa, Füzuliyə qovuşmaq üçün. İstər birinci, istərsə də İkinci Qarabağ müharibəsində Füzuli uğrunda həm Füzulidən, həm də Azərbaycanın digər bölgələrindən neçə-neçə igidlər öz canlarından keçərək vətən uğrunda Şəhid olmuşlar. Vətən müharibəsi zamanı xalqımız birlik olmuş, daima ordumuzun, İlham Əliyevin yanında

olduğunu bildirmişdir.

Nəhayət, 17 oktyabr 2021-ci il tarixində Füzuli şəhəri şanlı ordumuz tərəfindən işğaldan azad edilmişdir. İlham Əliyev daima xalqımızın yanında olmuş, bizləri qələbəyə ruhlandırmışdır. O, müharibədən öncə də, müharibədən sonra da xalqına dəstək olmuş, xalqımızı gözəl günlərə inandırmışdır. İlham Əliyev ordumuz tərəfindən işğaldan azad edilmiş Füzulinin hər kəndini ayrı sevinclə,

Füzuli şəhərinin işğaldan tam azad olunması fikrini isə bambaşqa sevinclə xalqımıza xəbər vermiş xalqın sevincinə ortaq olmuşdur.

Müharibə zamanı istər ön cəbhədə, istərsə də arxa cəbhədə xalqımız igidlik

göstərmiş və necə birlik olduğumuzu bütün dünyaya sübut etmişdir. Ordumuzun oyaq qaldığı günlər nə xalqımız, nə də medya nümayəndələri yatmamış hər kəs birlik olub Qarabağ üçün oyaq qalmış, cəbhədən xoş xəbərlər üçün çalışmışdır.

 

Həm müharibə zamanı, həm də müharibədən sonra İlham Əliyev həm yerli, həm də xarici medya nümayəndələrinin görüş təklifini qəbul etmiş və onlara daima bizim haqq yolunda, öz torpaqlarımızda öz torpaqlarımız uğrunda müharibə apardığımızı bildirmişdir. İlham Əliyev daima bizim erməni xalqı ilə heç bir problemimizin olmadığını, bizim məqsədimizin öz torpaqlarımızı azad etmək olduğunu bütün dünyaya bildirmişdir. Qarşı tərəfdən günahsız, dinc

insanlarımızın qisası şanlı ordumuz tərəfindən döyüş meydanında alınmışdır.

İlham Əliyev və Mehriban Əliyeva Füzuli şəhəri işğaldan azad edildikdən sonra ora səfər etmişdirlər. İlham Əliyev Füzulinin abadlaşdırılması üçün göstərişlər vermişdir. Füzuli şəhərində aparılan quruculuq işləri ölkəmizin necə inkişaf etdiyinin ən bariz nümunəsidir. Beləki, Füzuli şəhəri işğaldan azad edildikdən sonra cəmi 8 ay içərisində Füzuli hava limanı inşa olunmuşdur. Həmçinin Füzuliyə yeni yollar çəkilir.

Füzulidəki ermənilərin yaratdığı dağıntılar onların xislətinin nümunəsidir. Amma, İlham Əliyev Füzuli sakinlərini öz doğma yurdlarına qovuşdurmaq üçün artıq Füzulidə quruculuq işlərinin başlanması üçün göstərişlər vermişdir.

Əlbətdəki, bu elədə asan bir proses deyil, minalanmış ərazilərin minalardan təmizlənməsi, dağıdılmış ərazilərin yenidən qurulması, abadlaşdırılması, yeni yolların çəkilməsi həm çox böyük vəsait, həm də çox zaman tələb edir. Amma, bizim günü gündən inkişaf edən iqtisadiyyatımız bizə bu işləri görmək imkanı verir. Biz daima inkişaf etmiş xalqıq. Biz heç kimin köməyi olmadan çox şeylər bacarmışıq.

Füzuli uğrunda çox Şəhidimiz oldu, çox igidlərimiz qəhrəmanlıq göstərdi. Onların bu qəhrəmanlığına görə İlham Əliyev tərəfindən “Füzuli uğrunda” medalı təsis edildi.

İlham Əliyev 17 oktyabr 2021-ci il tarixində Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Bu torpaqlar Şəhid qanı ilə öz müqəddəsliyinə qovuşmuşdur. Bu xalqın İlham Əliyev kimi uzaqgörən lideri var. Biz indi qalib ölkə, İlham Əliyev isə qalib ölkənin qalib sərkərdəsidir.

Müstəqilliyin əbədi olsun, Füzuli.

 

Bakı Slavyan Universiteti.

Məmmədova Elnarə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki