image-suqovsanbackend

        Prezident İlham Əliyevin 2021-ci il 3 oktyabr tarixində Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı

image-reklam_sirab_01

 

Suqovuşan- 2020-ci il 3 oktyabr tarixində Azərbaycan Respublikasının müzəffər ordusu tərəfindən işğaldan azad edilmişdir. Qeyd edim ki, Suqovuşan ilk dəfə 1991–1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edib.

Qəsəbənin azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi.

Bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. 2016-cı ilin aprel ayına qədər bu yaşayış məntəqəsində 500 nəfərə qədər erməni yaşayırdı. Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 və Suqovuşan-2 su elektrik stansiyaları yerləşir. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib.  Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara – Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi.

Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi.

Nəinki digər rayonlar eləcə də, Suqovuşan qəsəbəsi də erməni vəhşiliyinə məruz qalmışdı. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və nəticədə xüsusi qətnamə qəbul edilmişdi.

Ermənistanın rəhbərliyi münaqişənin bütün dövrlərində öz cinayət əməlləri ilə seçilmişdirlər. Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın adı erməni fərarilərin içində çəkilir. Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Hərbi cinayətlərə görə erməni rəhbərliyi mütləq olaraq məsuliyyət daşımalıdır. Bu adamı Ermənistanda kütləvi surətdə lağa qoyurlar, ələ salırlar, ona nifrət edirlər.

 

Nəsimi rayon gənci- İbrahimova Nərmin


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki