image-0b5af9b2-87e5-4a73-8060-d04108981a76backend

Prezident İlham Əliyevin cari ilin 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı

image-reklam_sirab_01

 

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə Prezident İlham Əliyev çıxış edib.Çıxış zamanı İlham Əliyev ilk öncə builki xarici siyasətimiz haqqında danışıb.Prezident bildirib ki,bu il xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi xüsusi rolu var. Bizim sədrliyimiz 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Bu, bizim təşəbbüsümüz idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir. Eyni zamanda, Gənclər Platforması da yaradılır. Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır. Bizim sədrliyimiz bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir. Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək – humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu, əlbəttə ki, böyük dərəcədə artırmışdır.

Daha sonra beynəlxalq təşkilatlarla olan əməkdaşlığımız məsələsinə də toxunulub.Belə ki,son 6 ayda beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılmışdır. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər etmişdir. Biz bu təşkilatla çox fəal əməkdaşlıq edirik. Əslində, biz bu təşkilatın çox fəal üzvüyük və bizim təşəbbüsümüzlə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Bu dəfə isə yeni seçilmiş Baş katib, eyni zamanda, azad edilmiş torpaqlara səfər edib – Füzuliyə, Şuşaya. Əlbəttə ki, görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışılıb. Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, – istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, – erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür.İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirməliyik.Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır.Yeni saziş üzərində işlənilir. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirik ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq.Eyni zamanda Prezidentimizin Avropa İttifaqı Şurasının Prezidenti ilə bir neçə görüşü olub, həm də telefon danışıqları olub və əlbəttə ki, bu danışıqlarda əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıdır. Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd – enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılıb.

İlham Əliyev eyni zamanda Azərbaycan-Ermənistan əlaqələri məsələsinə də toxunub.Lakin bu münasibətlərin normallaşdırılıması üçün çoxsaylı addımlar atılsa da,təəssüflər olsun ki,hələlik real nəticələr yoxdur.İlham Əliyev bu məsələdə müsbət məqamlara da toxunub.

Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı.

Çıxışının sonunda İlham Əliyev gələn aylar və illər ərzində görüləcək işlərin də ölkəmizi gücləndirdiyinə əminlik verib.Bütün bu işlərin,yeniliklərin görülməsində isə tək məqsəd,şübhəsiz ki,xalqımızın azad,firəvan,xoşbəxt yaşamasıdır.Yaşasın, Azərbaycan xalqı!

Mədinə Xubaliyeva-YAP üzvü.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki