image-alibackend

Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüş

image-reklam_sirab_01

 

2020-ci il Azərbaycanın gücünü və potensialını göstərdiyi bir il oldu. Bu ildə ən əhəmiyyətli hadisələrdən biri də oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad olunması oldu. Bir ildə görülmüş işlərdən danışarkən  görərik ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı və gücü var. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün işlər aparılır və azad olunmuş şəhərlərin planları hazırlanaraq ictimaiyyətə təqdim olunur. Bu işlər nəticəsində Cəbrayıl   ş\həri bütünlüklə dəyişəcək və xalqa açıq olacaq. Hər kəs bu sayədə öz şəhərlərinə gedə biləcək və turistlərimiz də oranı ziyartət edə biləcəklər.

Bəli, Azərbaycan ordusunu əsgərləri mərddir, qorxmazdır, düşmənin üzərinə cəsarətlə gedə biləcək qədər vətənpərvərdirlər. Çünki onlar Azərbaycan oğullarıdır. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur.

Oktyabrın 4-ü Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bu tarix yalnız Azərbaycan üçün önəmli tarix deyil, eyni zamanda qəhrəman oğullarımızın ailələri üçün unudulmaz andır.  İlk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, bizim Ordumuza güc və  inam verdi. Bundan sonra ordumuz daha da güclənərək digər rayonlarımızı da işğaldan azad etdilər.

Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq Böyük Qayıdışın başlanğıcı  idi. Bunu biz bacardıq. Biz bununla əlaqədar olaraq Böyük Qayıdış ictimai birliyi yaradıldı. Bu birlik sayəsində Azərbaycanımızda əsl vətənpərvər gənclər yetişir.

Dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış “Böyük Qayıdış” proqramının icrasına Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində başlanıldı.

Dövlətin məqsədi odur ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və bundan sonra “Böyük Qayıdış” proqramı tam olaraq icra edilsin. Məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunmuş könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edərək torpaqlarına qayıdacaq.

Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir. Biz hərbçilərimizlə haqlı göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. 44 gün ərzində xalq kimi təqdim etdi. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik.

Müharibə bitdi, Azərbaycan xalqı qalib gəldi və yeni reallıq yaratdı.  Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdırır.

Uzun illər ərzində Azərbaycana qarşı edilən təzyiqlərin və təxribatların təməlində Qarabağ amili dururdu. Biz bunun da öhdəsindən gələcəkdik. Əvvəllər də dediyimiz kimi Qarabağ Azərbaycanındır. Bunun heç kim əksini söyləyə bilməz. Hər kəs bunun canlı şahidi oldu.  Ölkəmiz bütün qonşu dövlətlərə əməkdaşlıq platformasını təqdim edib. Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərib. Hər kəs bir nəfər kimi bilməlidir ki, Azərbaycan və Türkiyə qardaş ölkədir. Biz iki dövlət, bir millətik.

5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Müharibə başa çatandan sonra bu gün artıq yeni reallıqlar yaranıb. Azərbaycana qarşı yeni təxribatlar aparılır, biz buna hazır olmalıyıq. Heç bir məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstün ola bilməz. Bu gün biz artıq bu reallıqları qəbul etdirdik. İndi isə bərpa işlərinə start veririk. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar.

 

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Lalə Yolçiyeva

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki