Azərbaycanda güləş idman növünün tarixi çox qədimdir.Daha çox türk və şərq xalqlarının tarixində geniş yer tutan bu fərdi yarış növü tarixən özündə güc,cəsarət,inadkarlıq,əzm kimi şəxsi keyfiyyətlərə malik olan iştirakçılar arasından seçilirdi.Hələ Sovetlər dövründə dünya əhəmiyyətli yarışlarda və olimpiadalarda bu idman növündə Moskvanı təmsil edən idmançılar, yalnız Şimali Qafqaz,Azərbaycan və Mərkəzi Asiya respublikalarından olurdu.Müstəqillik illərində də güləşin sərbəst və klassik növlərində dünya reytinqlərinin ilk pillələrində Azərbaycan durmağa başladı. Çünki hələ ümummilli lider Heydər Əliyevin dövründə Azərbaycanda dövlət səviyyəsində idmana diqqət yetirilməsi və idmançılar üçün yaradaılan şərait dövlət siyasətinin piroritet istiqamətlərindən biri olmuşdur.Bunun nəticəsidir ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 7-si qızıl olmaqla, 16 medal qazandı və 34 ölkə arasında komanda hesabında birinci yerə layiq görüldü. Avropa dövlətində birinci olmağın böyük siyasi vətarixi əhəmiyyəti var. Yüksək tribunadan ölkənin dövlət himninin yeddi dəfə səsləndirilməsi həm idmançılar, həm idman mütəxəssisləri və bütün Azərbaycan vətəndaşları üçün böyük qürur hissi oldu,düşmənlərimizi isə məyyus etdi.
Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir.Bu gün ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Azərbaycanın hər bölgəsində müasir olimpiya idman kompleksləri var. 50-yə yaxın belə kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə olunmalıdır. Seleksiya işi çox düzgün aparılmalıdır. Bölgələrdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır;
Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir;
Azad edilmiş torpaqlarda idmanın inkişaf etdirilməsi istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır. Otuz ilə yaxın idi ki, beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunurdu. Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar;
İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar. Ölkəmizin Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi ilə sıx əlaqələri var. Səmərəli əlaqələrin mövcudluğu Azərbaycanda idman siyasətinin düzgün aparılmasında kömək göstərir;
H.Anar 159№-li tam orta məktəb


























