image-photo-2022-08-26-12-13-29-1backend

Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşü

image-reklam_sirab_01

 

           

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü keçirilib. Görüşün əvvəlində Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə dəvətimizi qəbul etdiyi və ölkəmizə səfər etdiyi üçün təşəkkürünu bildirib. Eyni zamanda İlham Əliyev Kasım-Jomart Tokayevə ona Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeni ilə təltif etdiyinə görə də bir daha  təşəkkürünü  bildirib. Bu ordeni Azərbaycanın münasibətlərimizin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət hesab edibDaha sonra Prezident İlham Əliyev ikitərəfli gündəlik məsələsinə toxunub və bu məsələnin kifayət qədər geniş olduğunu vurğulayıb.Bundan başqa xarici siyasət məsələsinə toxunan İlham Əliyev iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq etdiyimizi, daim bir-birimizi dəstəklədiyimizi və bunun gələcəkdə də davam edəcəyini qeyd edib. Görüş zamanı nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı məqamlarda nəzərə çatdırılıb.Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər.Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var.

Azərbaycan-Qazaxıstan münasibətləri,təbii ki, iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcək. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Bu gün biz gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi apararaq, qarşılıqlı tədarüklərin artırılması baxımından onu konkretləşdirə bilərik. İnvestisiya sahəsində də böyük perspektivlər var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Çıxışının sonunda İlham Əliyev Qazaxıstanın Azərbaycana bugünki hədiyyəsindən də söz açıb:”Qazaxıstanın Azərbaycana bugünkü hədiyyəsi – Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi ölkələrimiz arasında humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir”.

Daha sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.Tokayev öz növbəsində onlara göstərilən qonaqpərvərliyə görə İlham Əliyeva təşəkkürün bildirərək bu görüşdə məmnun olduğunu qeyd edib. Qazaxıstan və Azərbaycan əsas beynəlxalq məkanlarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Türk Dövlətləri Təşkilatında bir-biri ilə səmərəli qarşılıqlı fəaliyyət göstərir. Bu baxımdan ölkələr arasında hər hansı problem yoxdur. Bu da sevindirici haldır ki, dövlətlərin  parlamentləri bir-biri ilə sıx əməkdaşlıq edir ki, müasir şəraitdə bu, çox vacibdir.Tokayev eyni zamanda humanitar əməkdaşlığın da vacibliyini qeyd edib.Məlum məsələdir ki,Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün xüsusi maraq doğurur. Şübhəsiz, burada üstünlük Azərbaycana məxsusdur. Əlbəttə, Qazaxıstanın bir dövlət kimi, burada çox yaxşı perspektivləri var.

 

Mədinə Xubaliyeva- Bakı Slavyan  Universiteti

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki