image-360857_res_01backend

PREZİDENT İLHAM ƏLİYEVİN UĞURLU DAXİLİ VƏ XARİCİ SİYASƏTİ

image-reklam_sirab_01

Müharibə bitsədə Azərbaycan dövləti üçün hələdə aydınlaşdırılmayan, qaranlıq qalan məqamlar var. Bunlardan biri Ermənistan dövləti tərəfindən Azərbaycan ərazisinə atılan “Isgəndər-M” raketinin bu dövlətin əlində necə mövcud olduğudur. Bu raket ixrac üçün qadağan olunduğu halda düşmən bu silahdan asanlıqla istifadə edərək ərazimizi hədəf almışdır. Acınacaqlı hal budur ki, nə Ermənistan dövlətinin özü, nə də onun havadarları raketin onların əlində necə mövcud olduğuna dair bir cavab verə bilmir. Ermənistan dövləti doğruları söyləmək əvəzinə ən yaxşı bacardıqları işi edərək dövlətimiz haqqında saxta xəbərlər yaymağa çalışırlar. Düşmənin dediyinə görə” İsgəndər-M” raketini Azərbaycan – Türkiyə dövlətləri iş birliyi edərək ərazimizə gətirib qoymuşdular. Onlar bu yolla öz qanunsuz əməllərini gizlətməyə çalışırlar. Çünki, hər kəsə məlumdur ki, ixracı qadağan olunan bir silah başqa bir dövlətin əlində sadəcə 2 yolla mövcud ola bilər: ya qaçaqmalçılıq yolu ilə, ya da beynəlxalq qanunların normalarını pozaraq. Hər iki halda cinayətdir və cəzası mütlqə olmalıdır. Ölkə başçımız Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan televiziyası ilə olan müsahibəsində “Isgəndər-M”raketi ilə əlaqəli Rusiya dövlətinə tərəfimizdən yazılmış məktuba verilən cavabıda açıqlayıb. Prezident İlham Əliyev Azərbaycan xalqına hər şeyi olduğu kimi demək istədiyini qeyd edib. “Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir. Bu, əslində, bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz artıq bir çox məsələləri özümüz üçün aydın etmişik.” -deyə ölkə başçımız qeyd edib. Prezident İlham Əliyev Hacıqabul rayonunda görülmüş işlərin böyüklüyündən və uğurlu alınmasından məmnunluq hissi keçirdiyini bildirib. Bu gün Hacıqabul rayonun tam hissəsi qaz və su ilə təmin olunub. Yeni məktəblər, obyektlər açılıb, biznes üçün şərait yaxşılaşıb. Eyni zamanda ölkə başçımızın iştirakı ilə 2 yeni aqroparkda fəaliyyətə başladı. Bu aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir məhsuldarlıq da daha yüksəkdir. Hacıqabul rayonunun digər rayonlarımıza nisbətən əlverişli torpağı yoxdu. Buna baxmayaraq, Hacıqabul rayonunda görülmüş işlərin böyüklüyü gələcəkdə ölkəmizə çox fayda verəcək. Hacıqabul rayonunun abadlaşdırılması Prezident İlham Əliyevin uğurlu daxili siyasətinin nəticəsidir.

MƏMMƏDOVA SİMRANƏ
NƏSİMİ RAYON GƏNCİ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki