image-photo-2021-11-10-09-13-09backend

Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunun açılışı zamanı çıxışı ilə əlaqədar.

image-reklam_sirab_01

2020-ci ildə keçirilməsi nəzərdə tutulan, amma covid19 pandemiyası ilə əlaqədar olaraq təxirə salınan Vlll Qlobal Bakı Forumuna 3 noyabr 2021-ci ildə Azərbaycan ev sahibliyi etdi. Qeyd edək ki, Qlobal Bakı Forumu 2013-cü ildən bu yana Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Forumun açılışında Prezident İlham Əliyev çıxış edib. İlham Əliyev öz çıxışında bir çox məsələlərə toxunub. Onlardan biri də, bəlkə də, ən vacibi, Qarabağ məsələsidir. İlham Əliyev bizim sülh tərəfdarı olduğumuzu və qarşı tərəfi də sülhə dəvət etdiyimizi, amma qarşı tərəfdən heç bir cavabın gəlmədiyini bildirib. Daha sonra isə İlham Əliyev onların Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklərini vurğulayıb.

Bildirməliyik ki, İlham Əliyev qarşı tərəfi dəfələrlə sülhə çağırsa da Ermənistan tərəfi bundan boyun qaçırmış və sülh danışıqlarını yubandırmışdırlar. Qarşı tərəf davranışları ilə öz mövqelərini bildirmişdir, beləki, onlar bizim tarixi torpağımız olan Şuşada yallı getmiş, Xankəndini Qondarma Dağlıq Qarabağ

Respublikasının “paytaxtı” seçmişdirlər. Amma 30 ildən sonra Azərbaycanın ən güclü sərkərdəsi İlham Əliyev və həmin sərkərdənin güclü ordusu sayəsində Qarabağ münaqişəsi həll edildi. Azərbaycanın hərb və siyasi sahədə qazandığı bu qədər uğura baxmayaraq qarşı tərəf bu zəfərlə barışmaq istəmir.

Hər kəs Azərbaycanın bu uğuru öz gücü və iradəsi sayəsində qazandığını bilir.

Daha sonra diqqətin yönəldildiyi məsələ covid19 pandemiyası idi. Məlum

olduğu kimi, pandemiya bütün dünyaya öz ziyanını vurmuş, dünya ölkələrində iqtisadiyyatın inkişafdan qalmasına səbəb olmuşdur. Bu gün bütün dünya

covid19 pandemiyası ilə mübarizə aparır. Covid19 hər saniyə yeni canlar alır. Bu bəladan xilas olmağın tək yolu isə vaksin olunmaqdır. Azərbaycanda bu proses çox sürətlə inkişaf edir. Xalq pandemiyadan xilas olmaq, covid19 a daha çox qurban verməməyin tək yolunun vaksin olunmaqdan keçdiyini yaxşı bilir.

Azərbaycanda artıq üçüncü doza peyvəndin vurulmasına da başlanılıb. Bəzi dövlətlərdə vaksinasiya prosesinin həddindən artıq zəif getdiyini nəzərə alsaq bu bizim nə qədər böyük bir yol aldığımızın ən bariz nümunəsi olar.

Covid19 pandemiyası bəzi ölkələrə öz mövqelərini göstərməkdə, özünü

tanıtmaqda da kömək oldu. Belə ölkələrdən biri də məhz Azərbaycan idi. Beləki,

 

covid19 pandemiyası əleyhinə istifadə edilən peyvəndlər bəzi ölkələrə çatmadı

və bu zaman Azərbaycan öz köməkliyini göstərərək həmin ölkələrə vaksin bağışlamışdır. Bildirməliyik ki, Azərbaycanda vaksinasiya prosesi 18 yanvar 2021-ci ildən başlamışdır.

Covid19 pandemiyası ilə əlaqədar olaraq baş tutan qapanmalar digər dövlətlər kimi Azərbaycanın iqtisadiyyatına da ciddi zərər verir. Amma artıq qapanmalara getmədən covid19 la mübarizə aparmağın yolları tapılır. Biz bunu cari ildə müşahidə etdik, yəni yoluxma sayı 4000 dən artıq olduğu halda qapanmalara getmədən yoluxma sayının azalmasını gördü. Bu bizim üçün böyük bir inkişaf nöqtəsidir.

Bu gün Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərb sahəsində qazandığı uğurlarla digər dövlətlərdən seçilir. Azərbaycan Qarabağ məsələsini həll etdiyi kimi covid19 məsələsini də həll edəcək, çünki Azərbaycanın başında İlham Əliyev, İlham Əliyevin arxasında isə xalqımız var.

 

 

 

Bakı Slavyan Universiteti

Məmmədova Elnarə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image