image-01backend

Prezidentdən məmurlara xəbərdarlıq

image-reklam_sirab_01

İyul ayının 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına yeni təyin olunmuş İcra Hakimiyyəti başçısılarını təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir sıra vacıb məsələrələ toxunub. Ölkə başçısı çıxışında torpaqların qanusuz zəbt olunması, kənd təsərrüfatı təyinatlı torpaqlarda qeyri-qanuni tikinti işlərinin aparılması və müxtəlif şəxslərin mülkiyyətinə çevrilməsini xüsusi olaraq vurğulayıb. Cənab Prezident qeyd edib ki, “Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var”. Bildirilib ki, bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar vardır.
Ölkə başçısı Bakının Buzovna qəsəbəsində yol verilən qanunsuzluqları xüsusi qeyd edib. Qeyd edilib ki, Buzovna ictimaiyyətinin bir qrup nümayəndəsi böyük tarixə malik olan Buzovna qayalarının bəzi insanlar tərəfindən zəbt edildiyi ilə bağlı cənab Prezidentə müraciət etmişdir. Cənab Prezidentin Bakı Şəhər İcra Hakimiyyətinin başçısına verdiyi göstərişə əsasən dərhal məsələ araşdırıb, yol verilən qanunsuzluqlar və dənizkənarı ərazilərdə qanunsuz tikinti işləri aparanlar müəyyənləşdirilib. Ərazinin mövcud xəritəsi və qanunsuz tikinti aparanların siyahıları ölkə başçısına təqdim edilib. Müəyyən edilib ki, Buzovna qəsəbəsində qanunsuz əməllərə yol verənlər bir sıra dövlət məmurları və bəzi dırnaqarası sahibkarlardır. Onların bu hərəkəti tariximizə, təbiətimizə qarşı cinayətdir. Buzovnadakı qayalıqlar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Lakin buna baxmayaraq kimsə buraları zəbt edib, özləri üçün villa tikdirib, vətəndaşların dənizə yolunu məhdudlaşdırıblar. Bu yolverilməz bir haldır.
Ölkə başçısının müdaxiləsindən sonra yol verilən qanunsuzluqların aradan qaldırılması məqsədi ilə dövlət qurumları tərəfindən Buzovna qəsəbəsinin sahilyanı ərazısındə müvafiq işlərə başlanılıb. Dəniz sahilində hektarlarla zəbt edilən ərazilərin hasar və tikililəri sökülərək bu torpaqlar əhalinin istifadə etdiyi çimərlik ərasinə birləşdirilib. Burada fərdi yaşayış evlərindən dəniz sahilinə kimi uzanan və vətəndaşların sərbəst hərəkətinə mane olan estakada-körpülər sökülüb. Eyni zamanda qədim qayalıq ərazilərin hasarlardan azad edilərək buraya yığılan müxtəlif tullantılardan təmizlənməsi işləri aparılır. Bu gün bu işlər davam etdirilir.
Cənab Prezident görüşdə həm də bildirdi ki, ölkədə idarəetmədə çox ciddi islahatlar həyata keçirilir, böyük təmizləmə işləri aparılır. Qanunsuz işlərə rəvac verən bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar bunu görürlər. Vurğulandı ki, qanunsuz işlərlə məşğul olmaq istəyənlər ciddi cəzalandırılacaqlar. Hər bir yerdə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır.
Həmçinin bildirilib ki, qörülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Hər bir qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Bütün görülən tədbirlər ölkəmizin ekoloji sistemini qorumasına yönəldilməlidir.

image-nda_6128

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki