image-02backend

Prezidentin “İl Sole 24 Ore” qəzetinə müsahibəsi həm də Azərbaycanın iqtisadi modelinin təqdimatı oldu

image-reklam_sirab_01

Dekabrın 15-də Prezident İlham Əliyev Brüssel səfəri çərçivəsində İspaniyanın “El Pais” qəzeti ilə bərabər həm də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə də müsahibə verdi. Dünyada çox məşhur olan hər iki qəzetin müxbirlərinin suallarının əksəriyyəti anti-Azərbaycan qrupların, “5-ci kolon”un, müxtəlif marginal dəstələrin ətrafında spekulyasiya və manipulyasiya qurmağa çalışdıqları bəzi hallarda provokasiya xarakterli mövzular üzərində qurulmuşdu. Prezident İlham Əliyev müsahibəsində Ermənistanın əsirlər, ərazilər, sərhədlər, Zəngəzur dəhlizi ilə bağlı absurd iddialarını, xüsusilə də dünya enerji bazarında Azərbaycanla Rusiyanı üz-üzə qoymağa çalışanların yalanlarını ifşa etdi, beynəlxalq ictimai rəyin çaşdırılmasına hesablanmış mövzuları neytrallaşdırmış oldu.
Prezident İlham Əliyev müsahibəsində Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsinin, ermənilərin dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərmələrinin əsas səbəblərini təhlil olunmuş şəkildə diqqətə çatdırdı.
Ölkə başçısı Ermənistanın ərazisinə Azərbaycanın hər hansı bir səbəb olmadan müdaxilə etməsi ilə bağlı rəsmi İrəvanın iddialarının əsassız olduğunu, Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdışın olmayacağını, bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasını qəbul edilməsini, Azərbaycanın Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazır olduğunu, 30 il ərzində Ermənistanın işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı soyqırımı törətməsini bildirib. Qeyd edilib ki, Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasından, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçir.
Prezident İlham Əliyevin “İl Sole 24 Ore” qəzetinə müsahibəsi həm də Azərbaycanın iqtisadi modelinin, əldə olunan nailiyyətlərin təqdimatı baxımdan da əhəmiyyətli oldu. Dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin təqdimatında Azərbaycanın artan iqtisadi qüdrəti, iqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işləri barədə ətraflı məlumatlar əldə etdi. Bildirildi ki, İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Bu dəhlizin işə düşməsindən isə Azərbaycanla bərabər Ermənistan, həmçinin bölgənin digər dövlətləri də xeyir əldə edəcəklər.

Elsən Manafov – siyasi səhrçi, politoloq

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki