image-71backend

Prezidentin köməkçisi: “Biz Ermənistanla sülh müqaviləsinin bağlanmasında iddialıyıq”

image-reklam_sirab_01

“Azərbaycan torpaqları işğal altında idi, Azərbaycan uğurla apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistanı sülhə məcbur etdi, torpaqlarını işğaldan azad etdi”.

Veteninfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib: “Lakin Azərbaycan özü təkbaşına Dağlıq Qarabağ münaqişəsini həll etdi. Hazırda Zəngəzur dəhlizinin açılmasi ilə bağlı danışırıq. Azərbaycan sülh müqaviləsinn bağlanması ilə bağlı təkliflər irəli sürüb. Biz sülh müqaviləsinin bağlanmasına iddialıyıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki