image-59dc8231-2c8a-3d7b-84ac-b1145df6e2bd_850backend

Prezidentinin xüsusi nümayəndəsi: “Şəhidlərimizin qanı yerdə qalmadı”

image-reklam_sirab_01

“Şəhidlərimizin qanı yerdə qalmadı, bundan sonra da qalmayacaq”.

bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

“Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında mənfur düşmənin təxribatı nəticəsində Ordumuzdan 50 nəfər şəhid olmuşdur! Şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Şəhidlərimizin qanı yerdə qalmadı, bundan sonra da qalmayacaq!”, – Emin Hüseynov qeyd edib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki