image-15backend

Prezidentlərin mümkün görüşü: Hansı məsələlər müzakirə oluna bilər? – 3 MADDƏ

image-reklam_sirab_01
“Liderlərin növbəti görüşündə sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin açılması və sülh anlaşması məsələsi müzakirə predmeti olacaq”.
Bunu Qaynarinfo-ya politoloq Natiq Miri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Belarusda keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclası zamanı görüşmələri fonunda, qarşıdakı dövrdə iki ölkə liderinin növbəti görüşündə hansı məsələlərin müzakirə predmeti ola biləcəyindən danışarkən deyib.
“Növbəti ən yüksək səviyyəli görüşdə birinci növbədə müzakirə edilməsi vacib məsələ müharibədən sonra yaranan nəticələrdir. Sərhədlərin delimitasiyası, sonra da demarkasiya prosesi başlamalı və başa çatdırılmalıdır. Bu xüsusda ikinci məsələ Zəngəzur dəhlizi və digər kommunikasiya xətlərinin açılması məsələsidir. Zəngəzur dəhlizi çox həssas məsələdir və bu təkcə Ermənistanın məsələsi olmaqdan çoxdan çıxıb. Eyni zamanda, sülh anlaşması məsələsi də müzakirə predmeti olacaq. Çünki, bu Azərbaycanın maraqları çərçivəsindədir” deyə Natiq Miri bildirib.
Politoloq qeyd edir ki, bu 3 məsələ kompleks şəkildə bir yerdə müzakirə olunacaq:
“Sadaladığım və müzakirəsi gözlənilən bu məsələlər zəncir həlqəsilə bir-birinə bağlıdır. Biri digərini şərtləndirir. Biri olmasa, digəri də olmayacaq. Sərhədlər müəyyənləşməsə, sülh anlaşmasını imzalamaq da mümkün olmayacaq. Ona görə də bu üç məsələ kompleks şəkildə müzakirə olunacaq. Ancaq bu məsələlər istiqamətində nə dərəcədə razılaşma əldə edilib-edilməyəcəyini demək çətindir. Çünki, 10 noyabr və 11 yanvar sənədlərinin icrasının tam həyata keçməməsi göz önündədir. Atəşkəsin təmin olunmasından sonra bu sənədlərin icrası istiqamətində heç bir addım atılmayıb”.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki