image-9cce33f0-ea50-3e7e-a004-0940038c32a1_850backend

PSJ Fransa millisinin üzvünü transfer edib

image-reklam_sirab_01

Fransa PSJ-si heyətini yeni futbolçu ilə gücləndirib.

Paris təmsilçisi Almaniyanın “Leyptsiq” komandasından 25 yaşlı müdafiəçi Nordi Mukieleni transfer edib. Konqo əsilli fransalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

İddiaya görə, PSJ Fransa millisinin üzvü üçün qarşı tərəfə 10 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Nordi Mukiele ötən mövsüm “Leyptsiq”in heyətində 38 oyuna 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki