image-676851b2-9135-3f21-9f2f-157d5214a01f_850backend

PSJ-nin futbolçusu “Roma” ilə müqavilə imzalayıb

image-reklam_sirab_01

Fransanın “Paris Sen-Jermen” klubunun və Niderland millisinin yarımmüdafiəçisi Corcinyo Veynaldum karyerasını İtaliyanın “Roma” futbol klubunda davam etdirəcək.

Veteninfo xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano tviter səhifəsində yazıb.

Mənbənin məlumatına görə, niderlandlı yarımmüdafiəçi icarə əsasında İtaliya klubunda çıxış edəcək.

Veynaldum ötən mövsüm 38 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı bildirib ki, Veynaldumun bazar qiyməti 18 milyon avrodur.

Futbolçu əvvəllər “Liverpul”, “Nyukasl”, PSV və “Feyenoord” komandalarında çıxış edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki