image-179d0303-1088-38d3-833e-a43f1e4682d8_850backend

Putin və Si Szinpin G20 sammitində iştirak edəcəklər

image-reklam_sirab_01

Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpin noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak edəcək.

Bunu İndoneziya prezidenti Coko Vidodo deyib.

Vidodonun sözlərinə görə, hər iki lider ona müvafiq planların olduğunu təsdiqləyib.

“Si Szinpin gələcək. Prezident Putin də mənə gələcəyini dedi”, – Vidodo deyib.

Agentlik qeyd edib ki, İndoneziya lideri ilk dəfə Rusiya və Çin başçılarının noyabrda keçiriləcək G20 sammitində tam ştatlı iştirak planlarını təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki