image-8482877e-b7b0-3ba9-8ad3-59c2f377f019_850backend

Qadın güləşçilər İslamiadaya Türkiyədə hazırlaşacaq

image-reklam_sirab_01

Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.

Azərbaycan Güləş Federasiyasında verilən məlumata görə, yığma baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Niğdədə yerli komandayla birgə təlim-məşq toplanışı keçəcək. Konyada təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyan toplanış avqustun 8-dək davam edəcək.

Federasiyanın İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və olimpiya çempionu Toğrul Əsgərov komanda üzvləriylə görüşərək onlara məsul yarışda uğurlar arzulayıblar.

Qeyd edək ki, heyətdə Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq), Leyla Qurbanova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq) və Gözəl Zutova (72 kq) yer alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki