Qadın olmaq güclü ,cəsarətli,baxımlı,əzmkar, savadlı olmağı tələb edir. Hər bir qadın irqindən, peşəsindən, milliyyətindən asılı olmayaq hər yerdə və hər zaman öz sözünü deməyi, haqqlarını tələb etməyi bacarmalıdır. Ailələrdə əsasən də qız uşaqlarının təlim-tərbiyəsinə , təhsilinə önəm verilməlidir. Onların sabah bütün çətinliklərin öhdəsindən gələ bilmələri üçün onlara bu gündən güclü olmağı öyrətmək lazımdır. Həm mənəvi ,həm də fiziki baxımdan. Güclü qadın deyəndə nə başa düşürük? Güclü qadın özünü müdafiə etməyi , özünü təsdiq etməyi bacaran, öz azad düşüncələri olan qadındır. Qadınlar zərif ola bilərlər ,amma, heç vaxt zəif deyillər. Qadınlarımız özlərini müxtəlif sferalarda sınayıb və əksəriyyəti uğurlu alınıb. Həkim, müəllim kimi ixtisaslardan başqa mühəndislik, dövlət başçısı kimi əksər sahələrdə xanımlar çalışır.Qadınlar hər zaman diqqət mərkəzində olmağı çox sevirlər. Mənim üçün bir qadın ilk öncə təhsilli biri olmalıdır, o , vətəninə , millətinə xeyirli şəxsiyyət kimi formalaşmaldır. Həmişə öz haqlarını tələb etməli, özünü ilk öncə diqqətə almalıdır.Təssüflər olsun ki, öz ayaqları üzərində dura bilməyən qadınlar da var ,hər gün şiddətə məruz qalan, əzilən,hüquqları tapdalanan…
İstər ölkəmizdə istərsə də digər ölkələrdə qadın hüquqlarının qorunması ən vacib məsələlərdən biri kimi bilinməkdədir Ölkəmizin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq məqsədi daşıyan Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Bundan başqa 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün nəzərdə tutulan “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini,həmçinin qaçqın və məcburi köçkün qadınların problemlərinin həlli istiqamətində görüləcək işləri əhatə etmişdir.
Bu miqyasda bir çox işlər görülmüşdür. Bütün bunlar təqdirə layiqdir. Ən mühümü isə başqa diqqəti çəkən cəhətdir: cəmiyyətləri idarə edən səlahiyyətli adamlar arasında qadınların sayı getdikcə artır: siyasətdə, iqtisadiyyatda, elmdə, təhsildə, mətbuatda bunu hər addımda görüb duymaq olar və bu sevindirici haldır. Bizim ölkəmiz də istisna deyil: hökumətdə, nazirliklərdə, milli məclisdə qadınlarımız fəaldır və öz işlərinin öhtəsindən layiqincə gəlirlər. Lakin bütün bunlar azdır. Bu istiqamətdə görülən işlərin sayı artırılmalıdır. Hər bir qadın xoşbəxt olmağa layiqdir.Bizim gələcəyimizin parlaq olması da özümüzdən asılıdır.Hər birimiz dəyərliyik,gözəlik,əziz xanımlar!
Mamedova Fəridə/YAP-ın üzvü


























