image-9ccbef72-ba79-3cdf-a1ad-2214d4b9988c_850backend

“Qalatasaray” azlıqda əzmkar qələbə qazanıb

image-reklam_sirab_01

Futbol üzrə Türkiyə Super Liqasında V tura yekun vurulub.

turun son matçında “Qalatasaray” “Qaziantep”i qəbul edib. NEF stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb – 2:1.

Hesabı 27-ci dəqiqədə qonaqlardan Anhel Saqal açıb. 36-cı dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis tarazlığı bərpa edib. 45-ci dəqiqədə “Cim-Bom” azlıqda qalıb. Abdulkerim Bardakçı 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub. 71-ci dəqiqədə Qomis penaltidən yararlana bilməyib. “Sarı-qırmızılılar” qələbə topunu əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə vurublar. Stelios Kitsiu avtoqol müəllifi olub.

Bu qələbədən sonra xallarını 10-a çatdıran “Qalatasaray” 7-ci pilləyə yüksəlib. Eyni xala malik “Qaziantep” isə 5-cidir.

Qeyd edək ki, turnir cədvəlinə 13 xalla “Beşiktaş” başçılıq edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki