image-agcayev-nizameddin-2backend

Qalib ölkə – etibarlı iqtisadi tərəfdaş

image-reklam_sirab_01

Qalib ölkə, qalib xalq və nəhayət qalib Ali Baş Komandan!

Bu gücün əldə etdiyi uğur da, zəfər də yenilməzdir. Onu qorumaq, dünya ictimaiyyətinə olduğu kimi təqdim etməsi, gerçəkləri çatdırmaq, cənab prezidentimizin ən çox çalışdığı məqam olub. İstər müharibə dövründə, istər müharibədən sonra. Cənab prezident İlham Əliyevin 2021-ci il 2 oktyabr tarixində İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibə də bu qəbildəndir.

Cənab Prezident bütün müsahibələrində vurğulamışdır ki, Azərbaycan qalib tərəfdir, sülhün təffərruatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır.

“Danışıqlar və təmaslar artıq başlanmışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş Nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur. Azərbaycanın mövqeyi istər müharibə dövründə, istərsə də indi tarixi ədalətin bərpasına çalışmışdır.

Hər iki ölkənin ərazi bütövlüyünün tanınması üçün normal münasibətlər qurmaq istəyirdilər.

30 il ərzində danışıqlar prosesi ərzində Azərbaycan hər zaman konstruktiv mövqeydən çıxış etmişdir. Elə ona görə bu gün də münaqişə həll olunduqdan sonra da Qarabağda yaşayan 25 minə yaxın etnik erməninin də Azərbaycan vətəndaşı hesab olunması regionda birgəyaşayışın qaçınılmaz olduğunu sübut edən faktlardandır. Bu gün əsas məqsəd ərazilərin qısa müddət ərzində minalardan təmizlənməsi, Qarabağda yenidənqurma dinc mühitin yaradılmasıdır. Bütün bunlar eyni zamanda beynəlxalq təşkilatların da maraq dairəsindədir. Azərbaycan da bu cür təşkilatları hər zaman dəstəkləyir.

Təbii ki, bu proseslərdə Türkiyə və Rusiya faktoru təkzibolunmazdır. Türkiyə müharibənin ilk günlərindən etibarən siyasi və mənəvi siyasi mənəvi dəstək göndərib. Türkiyə və Rusiya Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Azərbaycana iki qonşu dövlət kimi sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar.

Azərbaycan qalib ölkə kimi regionda özünün xüsusi tələbləri və hüquqları vardır. Mina xəritələrinin Azərbaycana təhvil verilməsini tələb etməsi öz təhlükəsizliyinin təmin edilməsi üçün qarşıya qoyduğu prioritetdir. Bütün bu işləri Azərbaycan özü həyata keçirir.

Biz inanırıq ki, yaxın vaxtlarda bütün mülki əhalimiz öz ərazilərinə köçürüləcək, dədə – baba yurdlarına qovuşacaqlar.

Məğlubiyyət kimi faciə ilə üzləşən Ermənistan artıq qəbul etməlidir ki, regionun məğlub ölkəsidir. Ölkəmizin etibarlı iqtisadi tərəfdaş olduğunu bu gün Avropaya ixrac etdiyimiz təbii qaz sübut edir ki, 15 il ərzində Avropa bazasında etibarlı neft təchizatçısı kimi çıxış edir.

Bu cür qaz ehtiyatları öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsi aparılır. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Gələcəkdə təchizat coğrafiyası Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirilə bilər.

Bütün bunlar cənab prezidentin uğurlu siyasəti, gələcəyi düzgün qiymətləndirməsi və Azərbaycanın inkişafı naminə atdığı addımlardır.

 

 

 

 

 

Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Ağcayev Nizaməddin Fərhad oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki