Bildiyimiz kimi ailə kiçik bir dövlətdir.Əgər ailə başçısı ailəsinin hər bir xırda problemlərindən tutmuş böyük problemlərinin həllində yaxından iştirak edirsə ailə həmişə inkişaf edərək ən uğurlu ailələrdən biri olur. Dövlət başçımız möhtərəm İlham Əliyev də bir ailə başçısı kimi dövlətimizin hər bir problemi ilə maraqlanaraq onu müsbət tərəfə həll etməyə yaxından iştirak edərək bütün naliyyətlərinə sevinir və həmişə xalqı ilə birlikdə olur.
Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu medalların birini qadın idmançımız qazandı, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır.
Möhtərəm prezidentimiz İlham Əliyev öz çıxışında geyd etmişdir:”Bir müddət bundan əvvəl elə bu otaqda gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Mən onları da gənclər arasında Avropa çempionatında birinci yerlə bağlı ürəkdən təbrik edərkən demişdim ki, onlar gələcəkdə də bizi sevindirməlidirlər, böyüklər arasındakı yarışlarda çıxış edərkən bu uğurları təkrar etməlidirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, həm ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır.”
Sonra prezidentimiz əmin olduğunu bildirmişdir ki, böyüklər arasında keçirilmiş çempionatda bizim idmançılarımız da eyni fikirlə, eyni duyğu ilə yarışlara çıxırdılar və bu yüksək məsuliyyəti dərk edirdilər. Çünki doğrudan da, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı.
Möhtərəm prezidentimiz gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə ediyini söyləmişdir.İlham Əliyev vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimiz və eyni zamanda, idman uğurlarımız olduğunu bildirmişdir.O əmin olduğunu söyləyərək idmançılarımızı ruhlandirmişdir, Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Prezidentimiz hamımızın sevindiyini qeyd etmişdir, çünki , idmançılarımız buna nail olmusuşlar. Bu, idmançılaımızın həyatında çox əlamətdar və unudulmaz hadisə olduğunu söyləmişdir. Bu titul – Avropa çempionu, yaxud da ki, gümüş, bürünc mükafatçısı əbədi idmançılarımızla olduğunu qeyd etmişdir. Sonra möhtərəm prezidentimizin gənc nəsilin yetişməsindən, gənclər Vətəni ləyaqətlə təmsil etməsindən danışmışdır.
Prezidentimiz İlham Əliyev çıxışında söyləmişdir:” Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır”.
Möhtərəm Prezidentimiz çıxışında qeyd etdir ki, hər birimiz üçün çox əziz idman növüdür, yəqin ki, Azərbaycanda ən populyar, ən məşhur idman növüdür. Ona görə həm məşqçilər, həm idman federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili nəzərə alaraq güləşə əlbəttə ki, xüsusi diqqət verməlidirlər. İlham Əliyev əminliklə gələcək yarışlarda biz, əlbəttə, birinci sıralarda olacağımızı söyləmişdir .İlham Əliyev gələcək yarışlardan söhbət açaraq iki ildən sonra Yay Olimpiya Oyunları keçirildiyini demişdir. Vaxta az qaldığını və nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmaqlarını, düzgün təlim-məşq toplanışları, yarışlar müəyyən edilməsini tövsiyyə etmişdir. Möhtərəm prezidentimiz əmin olduğunu və Yay Olimpiya Oyunlarında da idmançılarımızın bir daha ölkəmizin gücünü, idman gücünü göstərəcəyini bildirmişdir. Çünki Olimpiya Oyunları, Yay Olimpiya Oyunları bütün idman yarışları arasında əlbəttə ki, xüsusi yer tutur, fərqlənir.
Öz çıxışında möhtərəm prezidentimiz qeyd etmiçdir:”Mən Budapeştdə keçirilmiş çempionatın gedişatına da nəzər yetirirdim, baxırdım, görürdüm ki, ən çətin anlarda rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər. Buna fikir verərkən yenə də İkinci Qarabağ müharibəsindəki hadisələr yadıma düşdü, o vaxt da mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı, ən çirkin əməllərə. Dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu. Amma mən o vaxt demişdim, hələ müharibə gedə-gedə demişdim ki, biz ermənilərin əməllərini heç vaxt təkrar etməyəcəyik. Biz düşmənə döyüş meydanında cavab verəcəyik. Elə cavab verəcəyik ki, onlar əbədi bu dərsi yadda saxlasınlar. Mən keçirilmiş Avropa çempionatında da eyni xasiyyəti gördüm, Azərbaycan xalqına xas olan xasiyyəti. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik”.
Prezident Ilham Əliyev bir daha əmin olduğunu, Azərbaycan xalqının gələcəyi bundan sonra da çox parlaq olacağını, bundan sonra da istənilən idman növündə qələbələ inamindan danışdı.Sonra prezidentimiz indi bunu futbol yarışlarında da gördüyünü söylədi.
Möhtərəm Prezidentimiz qələbədən daha vacib ləyaqət olduğunu söylədi və Azərbaycan xalqının müharibəni də ləyaqətlə aparmışıni söylədi.
Sonda prezidentimiz İlham Əliyev qeyd etdi:” Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz. Həm qələbə münasibətilə, həm ləyaqətli davranış münasibətilə sizi təbrik edirəm. Əlbəttə ki, biz hamımız, bütün Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyir”.
Qalib ölkənin qalib vətəndaşı olmaq yalnız Azərbaycan xalqına məxsusdur !!!
İbrahimova Aybəniz
Nəsimi rayonu A.Rəhimov adına 247 N-li tam orta məktəbin İngilis dili müəlliməsi


























