image-abdullayeva-letifebackend

Qalib Prezident – qurucu Prezident

image-reklam_sirab_01

44 günlük müharibə Azərbaycan dövləti və xalqının tarixinin ən şanlı səhifələrindən biridir. Bu zəfər yürüşünün başlanğıcında – 2020-ci il oktyabr ayının 3-də Suqovuşan qəsəbəsi erməni faşistlərinin işğalından azad edilib. Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad edilməsi çox böyük hərbi-strateji əhəmiyyətə malik hadisə idi. Çünki, mənfur düşmən işğal dövründə burada güclü istehkamlar qurmuş və bir neçə müdafiə xətti təşkil etmişdir. Bütün strateji yüksəkliklər düşmənin əlində idi. Bu əraziləri işğaldan azad edilməsi əhəmiyyəti ondadır ki, bölgədəki strateji yollar nəzarət Azərbaycan ordusunun əlinə keçdi, düşmənin canlı qüvvəsinin manevrləri üçün çox böyük problem yaradıldı. Ona görə də düşmənin bu ərazidə yerləşdirilmiş canlı qüvvəsi və texnikası müharibənin sonuna qədər digər əməliyyatlarda iştirak edə bilmədi.

Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə taktiki addımlarımız, manevr etmək imkanlarımız böyük ustalıqla işlənib hazırlanmışdır. Ona görə də düşmən ordusunun xeyli hissəsi özünün bütün texnikası ilə birlikdə müharibənin sonuna qədər iflic vəziyyətə salınmışdır. Ən mühümü isə Azərbaycan ordusunun qələbəsi Ermənistan ordusunda dərin mənəvi–psixoloji sarsıntı yaratmışdır. Düşmən əsgərlərin arasında fərarilik sürətlə artmışdır. Artıq düşmən əsgərləri başa düşürdülər ki, onlar öz yarıtmaz rəhbərliklərinin qurbanlarına çevrilməkdədirlər. Ona görə də 10.000 fərarisi olan Ermənistan ordusu artıq müqavimət göstərə bilimirdi. Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində burada yerləşən Suqovuşan su anbarı düşməndən geri alındı.

Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Su anbarı tikintisinin əsas məqsədi Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlarımızın su ilə təmin edilməsi idi. İşğal illərində düşmənlərimiz bundan istifadə edərək bizə qarşı həm də ekoloji terror törədirdilər. Buna görə də Avropa Şurasının Parlament Assambleyasının sesiyasında bu məsələ müzakirəyə qoyulmuş və Azərbaycan Respublikasının xeyrinə qətnamə qəbul edilmişdir. Avropa Şurası tərəfindən Ermənistan dövlətinin ittiham edilməsi bizim dövlətimizin və prezidentimizin uğurlu xarici siyasətinin nəticəsidir. Buna baxmayaraq işğal dövründə xüsusən də yay mövsümündə ermənilər suyu kəsərək Azərbaycan kənd təsərrüfatına ağır ziyan vururdular. 44 günlük Zəfər Yürüşü zamanı Suqovuşan qəsəbəsinin azad edilməsi və su anbarının bizim nəzarətə keçməsi nəticəsində bu imkan Ermənistan dövlətinin əlindən çıxdı. Bu il Suqovuşan su anbarından 30 il ərzində ilk dəfə Tərtər və digər rayonlara su verildi.

Hal-hazırda bizim azad olunmuş torpaqlarımızda, yəni Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında su ehtiyyatlarından səmərəli istifadə üçün lazım olan addımlar atılır. O cümlədən də yeni su anbarı tikintisi üçün hazırlıq işləri görülür.

Hələ sovet dövründə Ulu Öndərimiz Heydər Əliyevin göstərişi ilə bu bölgədə 2 su elektrik stansiyası inşa edilmişdir. Lakin müharibə zamanı düşmən tərəfindən dağıdılmışdır. O, cümlədən də Kəlbəcər və Laçında 30 dan çox su elektrik stansiyası sıradan çıxarılmışdır.

Lakin işğaldan azad ediləndən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu bölgələrdə geniş quruculuq və bərpa işləri başladı. O,cümlədəndə ilk növbədə “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı tədbirlər görülmüşdür və artıq hər iki stansiya işlək vəziyyətdədir.

Azərbaycan Respublikasının qurucu prezidenti rəhbər Ali Baş Komandan İlham Əliyev infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atır.

Ona görə də 44 günlük müharibə başa çatmasından bir ildən də artıq vaxt keçməsinə baxmayaraq görülən işlərin miqyası son dərəcədə böyükdür.

2021-ci il oktyabr ayının 3-də Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı oldu.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev açılışda iştirak edərək görülən işlərlə şəxsən tanış oldu, dövlətimizin başçısı stansiyaları şəxsən işə salmaqla mənfur düşmənə əsil göz dağı verdi.

İşğaldan azad olunan bölgələrimizdə başlanan geniş abadlıq işləri Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin dünyaya təkcə qalib prezident kimi yox həm də qurucu prezident kimi tanınır.

 

Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin müəllimi Abdullayeva Lətifə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki