image-photo-2022-06-24-11-30-04backend

Qalib xalqın Şanlı ordusunun yaranma tarixi.

image-reklam_sirab_01

 

Azərbaycanda Milli Ordunun yaranma tarixi ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixi fərmanı ilə 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra 9 oktyabr Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan edilmişdir. Sonralar isə, Cənab Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən həmin sərəncam qüvvədən endirilmiş və Azərbaycanda Silahlı Qüvvələr günü 26 iyun tarixinə salınmışdır. Buda ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 26 iyun 1918-ci il tarixli fərmanına əsasən ordunun yaradılmasına başlanılmışdır.

AXC-nin Hərbi Nazirliyi 1 avqust 1918-ci ildə yaradılmışdır. General Səməd bəy Mehmandarov Hərbi naziri, general-leytnant Əliağa Şıxlinski nazir müavini təyin olunmuşdur.

Bakını zəbt etməyə çalışan erməni-bolşevik ordusuna qarşı Milli ordu və Qafqaz İslam ordusu birlikdə döyüşərək Bakını işğalçılardan azad etmişdir. AXC süqut etdikdən sonra bolşevik höküməti Milli ordunu ləğv etdi. Sovet hakimiyyəti dövründə Rusiyanın azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə Çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin azərbaycanlı gənclərə hərb elminin sirləri aşılanmırdı. Onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, ancaq tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd tam aydın görünürdü-yəni azərbaycanlı gənclər hərb elminə yiyələnə bilməsinlər, müasir silahlarla rəftar etməyi bacara bilməsinlər. 1971-ci ildə iyunun 20-də Naxçıvanski, adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil edilir. Məhz ulu öndərimiz Heydər Əliyevin səyi nəticəsində azərbaycanlı gənclər hərb elminin sirlərinə yiyələnmək üçün Bakı Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəbinə , eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu.

1991-ci ilin 9 oktyabr tarixində Milli ordunun yaranmasına baxmayaraq, o dövrdə olan hökümət ordu quruculuğu üçün hec bir səy göstərmirdi. Və sonda Ermənistanın gündən-günə artan təcavüzü genişlənməyə davam edirdi. Daha sonra isə, ulu öndər imiz H. Əliyevin hakimiyyətə gəlməsi ilə əlaqədər olaraq 1993-cü ildə ordu quruculuğuna başlanılmışdır. Bu dövrdə demək olarki, ordunun bütün səlahiyyətləri dövlətin tam nəzarətinə keçdi. Qısa bir vaxt ərzində Füzuli və Ağdam rayonlarında aparılan uğurlu əməliyyatlar nəticəsində bir sıra yaşayış məntəqələri işğaldan azad edildi. 1999-cu ildə Azərbaycan Respublikasının prezidenti H. Əliyev Ali Hərbi Akademiyanın yaradılması haqqında fərmanda imzalamışdı. Prezident 20 avqust 2001-ci il tarixli fərmanı ilə digər hərbi məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbi yaradılmışdır.

Ulu öndərimizin sadiq davamçısı İlham Əliyev hərbi müdafiə sahəsində bir çox işlər görmüşdü. 27 sentyabr 44 gün davam edən “Vətən müharibəsində” Müdafiə sənayəmizin ixtira etdiyi “İti qovan” pilotsuz uçuş aparatı düşmən hədəflərinə dəqiqliklə endirdiyi zərbələr buna misaldır. Cənab prezidentimiz həm hərb sənayə müdafiəmizi həmdə xaricdən yeni silahları almaqla Ordu quruculuğunu daha da genişləndirir.

YAP-ın üzvü

Abbasova Pərvanə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki