image-turkiyebackend

  Qalibiyyətdən dostluğa

image-reklam_sirab_01

Qaliblərin dostları çox olur.Qalib tərəf hər zaman diqqət mərkəzində olur və digər ölkələrin marağını cəlb edir. Əgər sən güclüsənsə , hakimiyyət sənin əlindədirsə hər kəsi sənin gücün , qüdrətin maraqlandırır. Ona görə səninlə dostluq münasibətləri qurmaq istəyənlər çox olur. Xüsusilə də bir ölkə 30 ilə yaxın işğal altında olan torpaqlarını qısa bir müddət ərzində düşməndən xilas edirsə,bu daha da bir ölkənin gücünün nə dərəcədə olduğunu göstərir. Ölkəmiz hər zaman digər dövlətlərlə dostluq münasibəti qurub , müxtəlif sosial layihələrə imza atıb. Daima inkişafa can atan və yeniliklərlə zəngin ölkəmiz öz siyasi gücünü 44 gün ərzində bütün dünyaya göstərdi. Ölkəmizin 44 günlük müharibədə göstərdiyi , bütün dünyaya səs salan qalibiyyəti buna bariz nümunədir. Bu qələbənin qazanılması Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu , qurbanlar verməyə də , böyük riskə də nə dərəcədə hazır olduğunu göstərdi. Bütün bu amillər ölkəmizə hörməti və etimadı daha da artırdı. Artıq Azərbaycan xalqı , Azərbaycan dövləti öz əzmi, gücü , birliyi, dözümlülüyü ilə fərq yaratmağı bacardı. Hansı ki bu fərq onu bütün ölkələr içərisində ən yaxşı ölkələrdən biri etdi.
Ölkəmizin uzun illərdir ki, yalnız dost deyil də , həm də qardaş dövləti olan Türkiyədir. Bu ölkə hər zaman bizim ölkəmizə dost olmuş, öz dəstəyini , köməyini əsirgəməmişdir. Eyni zamanda bizim ölkəmiz tərəfindən də qardaş dövlətə lazım olduqda dəstək göstərilmişdir. Türkiyədən sonra Azərbaycan respublikasının müstəqilliyini tanıyan və bu gün də ölkəmizin yanında olan ikinci bir dövlətin adını çəkə bilərik, Pakistan. Bu gün Pakistan baş naziri İmran xan həm siyasi , həm iqtisadi siferada  Azərbaycanın yanına olduğunu aşkar bəyan edir.Eyni zamanda İsrail və Əfqanıstan dövlətləri Azərbaycanın yanında olmuş və dostluq münasibətlərini qoruyub saxlamağı bacarmışdır.
“Bir də ki, bilirsiniz, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Əlbəttə, biz heç vaxt özümüzü şişirməmişik və şişirtməli deyilik, lakin lazımınca qiymətləndirməmək də gərək deyil. Biz öz konstitusion hüquqlarımız çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaratmışıq və hamı bu reallıqla hesablaşmalıdır. Bu, asan məsələ deyildi. Bu, ictimaiyyətə görünməyən iş idi. Ona görə ki, biz bu işi açıq şəkildə görə bilməzdik. Əks halda özümüzə ziyan vura bilərdik. Ona görə bu, daimi iş idi. Nəticədə bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqlarla tamamilə barışıblar.”-Prezident İlham Əliyev bildirib.

Qalib olmaq şərt deyil, bu qalibiyyəti əldə saxlamaq şərtdir…
#QalibAzərbaycan #Dostluğaaddım-addım #QarabağAzərbaycandır

Mamedova Fəridə

Azərbaycan Dövlət Pedoqoji Universiteti/SABAH qrupları

 

 

 

 

 

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki