image-img-20220727-wa0044backend

Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq.

image-reklam_sirab_01

   Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq.

Kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Torpaqların qanunsuz zəbt edilməsi prossesi araşdırılmalıdır.

Əfsuslar olsun ki,  bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir.

Bəzi tarixi əhəmiyyətə malik olan torpaqlarımız da qanunsuz şəkildə zəbt olunur. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir.

Belə qanunsuz hərəkətlər nəticədə kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi azalır, torpağın məqsədli istifadəsinə maneələr ortaya çıxır, qanunsuz tikililərin sayı artır. Müvafiq qurumlar tərəfindən torpaq sahələri özbaşına olaraq təyinatı nəzərə alınmadan istifadəyə, icarəyə və ya mülkiyyətə verilir. Zəbt olunmuş sahələrdə qanuna zidd olaraq tikintilər aparılır, özbaşına istifadə hallarına yol verilir. Belə qanunsuzluqlar sonda narazılıqlara səbəb olur və mülkiyyət barədə hüquqi mübahisələrə yol açır. Analoji hadisələrin qarşısını almaq məqsədilə aşkar olunmuş belə hüquq pozuntuları ilə bağlı müvafiq qanunvericiliyə əsasən tədbirlər görülür. İnzibati sanksiyalar tətbiq olunur, konkret məsuliyyətə cəlb olunma və ya sərt cəza tədbirlərinin tətbiqi ilə bağlı qərar verilir.

Qeyri-qanuni istifadə edilən torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Həmin Məcəllənin 112-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

Torpaq zəbti hallarının qarşısının alınması üçün bələdiyyələr qanunsuz istifadə edilən torpaq sahələrinin geri qaytarılması üçün zəruri tədbirlər görməyə borcludurlar. Qanunvericiliyin tələblərinə əsasən həmin torpaq sahələrinin aidiyyəti üzrə geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına, o cümlədən məhkəməyə müraciət edilə bilər.

Bütün bu fəaliyyətlər nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması, istifadəsiz və ya təyinatına zidd istifadədə olan torpaqların qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi təmin ediləcək. Dövlət, bələdiyyə və özəl mülkiyyət barədə hər hansı qanunsuz qərarların qəbul edilməsi, qeyri-qanuni sənədlərin verilməsi aradan qaldırılacaq. Bununla da, respublikada torpaq münasibətlərinin səmərəli şəkildə tənzimlənməsinə və mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunmasına böyük dəstək veriləcəkdir.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Elmira Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki