image-img_0665-1backend

Qarabağ Azərbaycandır!

image-reklam_sirab_01

Qarabağ Azərbaycandır! Bu ifadəni həm sözdə, həm də əməldə göstərməyə qadir olan bu xalq bu gün bu hissin verdiyi qüruru yaşayır. Deyərdim ki, vətənini, bayrağını, torpağını qorumaq qədər şərəfli başqa bir şey ola bilməz. Hələ, söhbət Qarabağı qorumaqdan, gedirsə…  Hər birimiz gözünü belə qırpmadan,bir an belə düşünmədən böyük fəxrlə bunu etməyə hazırdıq.

Gözlərinə ağ gələr bu yerdən pay umanın, Yolunda qurban verər hər bir övladı canın. Döyünən ürəyidir doğma Azərbaycanın.

Gündüzlər Qarabağda, gecələr Qarabağda, Min ilin yorğunu da dincələr Qarabağda.

Gözəllikdə tayı-bərabəri olmayan Qarabağımız. Hüsnündəki yaşıl bağları, qürur nişanəsi olan dağları, sıldırım qayaları… O qədər danışmaq olar ki…

Hələ Cabbar, Xan, Seyid, Rəşid kimi sənətkarlar. Bu gözəllikdən nə qədər danışsaq da, yenə yarımçıq qalar. Bu gözəllik vaxtilə çox bəlalar çəkib. Dağlıq Qarabağ münaqişəsi uzun zaman gündəmdə qalıb. Amma nə beynəlxalq təşkilatlar, nə də konvensiyalar bir şey etməmişdir. Yenə də Qalib ölkənin, Qalib Prezidenti və Qalib əsgəri bacardı. Bu qalibiyyət “Dəmir Yumruq” sayəsində qazanıldı.Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib.

Münaqişəyə nöqtə qoymuş bəyanat 2020-ci il noyabrın 9-dan 10-na keçə gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bəyanatdan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etmişdi. Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərməyi bacarmışdı.

Münaqişə hərbi-siyasi yolla həll edildi. Üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı;

Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək. Azərbaycan xalqı hər zaman olduğu kimi, yenə də Haqqın və Ədalətin tərəfdarıdır. Necə deyərlər, Haqq nazilər, üzülməz!

 

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi qarşımızda duran əsas problemlərdən biridir. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir; Amma Ermənistanın unutduğu bir məqam var. Nə olursa olsun, sonda Həqiqət qalib gəlir. “QARABAĞ AZƏRBAYCANDIR!” sədası kimi…

Azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb. Bu ekoloji problem isə bütün dünya ölkələrini maraqlandırmalıdır.

Rəsmi mənbələrə əsasən, təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş Azərbaycan ərazisi narkotrafik üçün istifadə olunmuşdur. Azərbaycanın İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qalmışdır. İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutuna son qoyulub. Azərbaycan-İran sərhədinin digər sahələrində saxlanılan heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Amma artıq yeni bir dövr başlayır. Bizlər Qarabağ’ı dirçəltməyə gəlirik!

Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. Üçtərəfli bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.

 

Azərbaycan xalqı hər zaman öz mənəviyyat və humanist hissləri ilə diqqət mərkəzində olmuşdur. Bu cür xalqa Qələbə çox yaraşır! Məhz bu dəyər və “Dəmir Yumruq” altında birləşmiş millət hər zaman, hər zaman qalibdir!

    Şanlı ordun düşmənindən öc alır. Heydər oğlu İlhamından güc alır. Bayraqların Qarabağda ucalır.

Salam deyər,Xankəndimiz, Şuşa,

Sən    Azərbaycan! Azərbaycan!

Var ol, Var ol, Vətən! Yaşa, yaşa Sən!

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Məmmədova Ruqiyyə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki