image-49c5923f-cf8f-3209-8dbe-70b8b30573ea_850backend

“Qarabağ”ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

image-reklam_sirab_01

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Fransanın “Nant” klubu qitəmiqyaslı turnir üçün geyim formasını təqdim edib.

“Macron” firmasının hazırladığı geyim qara rəngdədir. Formanın qollarında Avropa Liqasının loqosu yer alıb.

18 ildən sonra qitə miqyasına Fransa Kubokunun sahibi kimi qayıdan “Nant” G qrupunda ilk oyununu sentyabrın 8-də evdə Yunanıstan “Olimpiakos”una qarşı keçirəcək. Sentyabrın 15-də Fransa təmsilçisi Bakıda “Qarabağ”ın qonağı olacaq.

Oktyabrın 6-da Almaniyada “Frayburq”la səfər, oktyabrın 13-də isə ev oyunu nəzərdə tutulub. Oktyabrın 27-də “Qarabağ”ı qəbul edəcək “Nant” qrup mərhələsinə noyabrın 3-də “Olimpiakos”a qarşı səfər matçı ilə yekun vuracaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki