image-10a64c8c-79c2-38f7-8fac-08b706e2f6b3_850backend

“Qarabağ”ın yarımmüdafiəçisi cəzalı duruma düşüb

image-reklam_sirab_01

“Qarabağ”ın futbolçusu Riçard Almeyda cəzalı duruma düşüb.

Buna 33 yaşlı yarımmüdafiəçinin İsveçrədə “Sürix”ə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında sarı vərəqə görməsi səbəb olub.

Cari mövsüm 3-cü dəfə sarı vərəqə ilə cəzalandırılan Almeyda növbəti avrokubok oyununu buraxmalı olacaq.

Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və “köhlən atlar” 0:1 hesabı ilə uduzur. Azərbaycan çempionu Bakıdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki