“Qarabağ”ın futbolçusu Kevin Medina sıradan çıxıb.
Kolumbiyalı müdafiəçi İsveçrədə “Sürix”ə qarşı keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnib.
Oyunu davam etdirə bilməyən 29 yaşlı futbolçu 45-ci dəqiqədə Bədavi Hüseynovla əvəzlənib. Medina meydanı gözyaşları ilə tərk edib.
Qeyd edək ki, hazırda hesab meydan sahiblərinin xeyrinədir – 1:0.


























