image-6backend

Qarabağ üzrə İşçi Qrupun Moskva görüşündə müzakirə ediləcək məsələlər açıqlandı (YENİLƏNİB)

image-reklam_sirab_01
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan oktyabrın 20-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılan üçtərəfli İşçi Qrupun iclasında müzakirə olunacaq məsələləri açıqlayıb.
Veteninfo.az “Report”a istinadən xəbər verir ki, o, regiondakı bütün kommunikasiya xətlərinin açılmasının Ermənistan üçün prioritet olduğunu bildirib.
M.Qriqoryan deyib ki, Ermənistan regiondakı kommunikasiyaların blokadadan çıxarılması çərçivəsində dəmir yolunun açılması ilə bağlı müəyyən fikirlərə malikdir: “Toplantıda avtomobil yollarının açılması məsələsini də müzakirə etməliyik”.
Qeyd edək ki, Moskva görüşündə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökümət başçısının müavini Aleksey Overçuk və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan iştirak edəcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2021 -ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib.
10:15
Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək.
Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, görüşdə baş nazir müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan iştirak edəcəklər.
Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi səbəbindən İşçi Qrupun işi müvəqqəti olaraq dayandırılmışdı, lakin son vaxtlar üçtərəfli formatda görüşlər yenidən başlayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2021 -ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki