image-photo-2022-11-11-09-18-31-1backend

Qarabağa sülh gəlib…

image-reklam_sirab_01

 

 

Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycan bir sıra siyasi, diplomatik və iqtisadi uğurlar əldə edib

Hazırda Azərbaycanın daxili və xarici siyasəti yalnız özü tərəfindən müəyyənləşdirilir və heç bir xarici qüvvə buna müdaxilə edə bilmir. Ermənistan isə Azərbaycanla heç bir halda müqayisəyə gəlmir. Ermənitsana daimi xarici havadarlarının təsir və təzyiqi hiss olunmaqdadır. Bir növ Ermənistan xaricdən idarə olunan ölkəyə çevrilib. Ölkənin heç bir tale yüklü məsələsini Ermənistan rəhbərliyi həll etmək gücündə deyil. Ayrıca dövlətlə xalqın istəkləri də eyni deyil. Bu gün erməni xalqı hazırkı iqtidarın siyasətini qəbul etmir. Ermənistan rəhbərliyi müharibə faktoruna üstünlük verərək regionda təhlükəziliyə mane yartdı. Buna görə də uzun illər Azərbaycanın sülüh çağırışlarına Ermənistan adekvat cavab vermədi. 2020-ci ilin 27 sentyabrında isə Ermənistan bütün danışlar prosesini pozararq Azərbaycana qarşı müharibəyə başladı. 44 gün ərzində qüdrətli Azərbaycan Ordusu Ermənistana sarsıdıcı zərbələr endirdi. İşğal olunmuş torpaqlarımızı geri almaqla Azərbaycan dövləti Ermənistan üzərində tarixi Qələbə qazandı. Bununla erməni miflərinə son qoyuldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları Üçtərfli Bəyanatla Qarabağ münaqişəsinə son qoyuldu. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində bəyanatın tarixi əhəmiyyəti olduğunu deyib: “Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir. Mən fürsətdən istifadə edərək, Ağdam, Laçın, Kəlbəcər rayonlarının sakinlərini, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm”.

44 günlük Vətən müharibəsi son 20 ildə dövlətlərarası ən böyük toqquşma oldu. Qarabağ məsələsinin nizamlanması dünya tarixinin əsas hadisəsini çevrildi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Münaqişənin uzunmüddətli həlli və regionda sabit sülhün bərqərar olması 10 noyabrda imzalanmış birgə bəyanatda öz əksini tapıb. Bu bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Hazırda Cənubi Qafqaz yeni geosiyasi proseslərin mərkəzidir və Azərbaycan burada öz mövqeyini və nüfuzunu qoruyub saxlamaqdadır. Qarabağ məsələsi ilə bağlı 10 noyabr Bəyanatından sonra imzalanmış üçtərəfli bəyanatlar da Azərbaycanın istəyinə cavab verir. Müharibədən sonrakı dövrdə məsələ ilə bağlı imzalanmış bütün bu cür bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin istifadə olunmaması Azərbaycanın ərazi suverenliyinin tanımasının sübutudur. Bu baxımdan Azərbaycan danışıqlar prosesinin dinamikasını qorunub saxlamağa çalışır. Təəssüf ki, Ermənistan nizamlanma prosesini pozur, eləcə də sülh sazişinin bəndlərini yerinə yetirmir. Lakin Ermənistan sülh prosesini uzatmaqla bu ölkəni daha da bataqlığa aparır.

Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycan bir sıra siyasi, diplomatik və iqtisadi uğurlar əldə edib. Bu gün Qarabağın gələcək inkişafı Azərbaycan dövləti üçün prioritetdir. Artıq Böyük Qayıdış strategiyası icra olunmağa başlayıb. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bütün bunlar 2020-ci ilin noyabrında imzalanmış bəyanatın nəticəsidir və göstərir ki, Qarabağa sabitlik və sülh gəlib. Bu da həmin ərazilərin Azərbaycanla reinteqrasiyasını sürətləndirib. Artıq Cənubi Qafqazın iqtisadi və insan potensialının reallaşdırılması üçün münbit mühit yaranıb.

Zenfira Nurullayeva

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi,

 Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki