image-88backend

Qarabağda istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara güzəştlər ediləcək

image-reklam_sirab_01

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlər müəyyən ediləcək.

Vətəninfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncamla Nazirlər Kabinetinə bu istiqamətdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki