Qarabağda kompleks seysmik tədqiqatlar aparılacaq.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Belə ki, qurumun baş direktoru Qurban Yetirmişli mərkəzin fəaliyyət planına Qarabağda kompleks seysmik tədqiqatların aparılmasının da daxil olduğunu bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə kompleks seysmoloji-geofiziki tədqiqatlar aparılacaq.
“Şuşa ili” çərçivəsində Şuşa şəhəri yaxınlığında seysmik stansiyanın quraşdırılması da nəzərdə tutulur.