image-photo-2022-07-21-16-55-39-1backend

Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində Günəş və külək enerjisinin potensialı.

image-reklam_sirab_01

Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son zamanlarda elektrik enerjisinin ixracatçısına çevrilir. Eyni zamanda, əhalimizin artması və iqtisadi inkişafla bağlı daxili enerji istehlakı da yüksəliş göstərir. İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” resursları, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi yolunda hazırlanan konsepsiya və baş plan, o cümlədən bu ərazilərdə reallaşacaq enerji layihələri, su, külək və günəş enerjisi üzrə tikilməsi və ya bərpası nəzərdə tutulan stansiyalar cəlb edilib. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə mətbuata birgə açıqlamasında artıq külək və günəş enerjisinə dair investisiya layihələrinin başlanılmasına qərar verib. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılaraq ekoloji tarazlığın təmin edilməsinə yönəldiyi üçün Qarabağ və Şərqi Zəngəzurda bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Qarabağ və Şərqi Zəngəzurda artıq bir neçə su-elektrik stansiyası inşa edilərək, işə salınıb və günəş, eləcə də külək stansiyalarının yaradılması ilə əlaqədar konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Aparılan təhqiqatlara əsasən, işğaldan azad edilmiş ərazilərdə, bütövlükdə, 10 min meqavata yaxın bərpaolunan külək və günəş-elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroenerji potensialı mövcuddur. Həmçinin ilkin təhlillərə görə Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Günəş enerjisinin istehsalına və onun ölkənin digər hissələrində dövlət və ya özəl alıcılara satışına imkan yaradır.
Ağarzayeva Gülay
Azərbaycan Dillər Universiteti

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki