image-f935fa60-1f02-41fc-9729-213eaced008fbackend

Qarşılıqlı əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

image-reklam_sirab_01

Qarşılıqlı əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

 

 

Xəzər dənizi Avropa və Asiyada, beş ölkə – Azərbaycan, İran, Qazaxıstan, Russiya və Turkmənistan sahilində yerləşir. Həm dənizdə, həm də sahillərdə yerləşən yataqlarda böyük həcmdə neft və təbii qaz ehtiyatları var. Sovet İttifaqının dağılmasından sonra, dəniz sərhədlərinin demarkasiyasında yaranan mübahisələr üzündən suda yerləşən yataqların böyük hissəsi hasil olunmayıb.

Beş ölkə arasında neftlə zəngin dənizin dibinin bölünməsi məsələsi növbəti müzakirələrə qaldı. Ancaq indi imza sahibləri ən azı dinc əməkdaşlığa öhdəlik götürüblər.

Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq

Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Ölkələr arasında qarşılıqlı fəaliyyətin mühüm əhəmiyyət kəsb edir və bu özündə  önəmli meyarları əks etdirir. Qarşılıqlı fəaliyyətin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir.

Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.

Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.

 

 

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü

Hüseyinli Mübariz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki