image-360803_res_00backend

Qasım Süleymaninin yaxın silahdaşı,sağ əli”də ÖLDÜRÜLDÜ

image-reklam_sirab_01

İranın təhlükəsizlik aparatında çox mühüm fiqur hesab olunan yüksək rütbəli general qəfil ölüb.

Veteninfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, briqada generalı Məhəmməd Hüseynzadə Hicazi İnqilab Keşikçiləri Korpusunun  xüsusu təyinatlı “Qüds” qüvvələrinin komandan müavini idi. Onun 65 yaşında “qəfil ürək tutmasından” öldüyü bildirilir, hər hansı digər təfərrüatlar açıqlanmır.

General Hicazi “Qüds” qüvvələrinin İraq, Livan və Suriyadakı əməliyyatlarına rəhbərlik edirdi və 2020-ci ilin yanvarında ABŞ-ın dron zərbələri ilə Bağdad aerportu yaxınlığında öldürülən əfsanəvi general, “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin yaxın silahdaşı, “sağ əli” hesab olunurdu.

1956-cı ildə İsfahanda anadan olan Hicazi 1979-cu il islam inqilabından sonra İnqilab keşikçiləri Korpusuna qoşulub, 10 il ərzində hərbiləşdirilmiş könüllülər dəstəsi olan “Bəsic”ə rəhbərlik edib. Həmin qüvvələr rejimin və İranın siyasi aparatının əsas dayağına çevrilib.

General Hicazi ötən ilin aprelində “Qüds” qüvvələrinin komandan müavini təyin edilmişdi. Bundan əvvəl isə o, İnqilab Keşikçilərinin Livandakı hərbi qüvvələrinə komandirlik edirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki