image-photo-2022-08-26-12-13-30backend

Qazaxıstan və Azərbaycan münasibətlərinin tarixi qədim tarixə malikdir.

image-reklam_sirab_01

 

 

Belə ki, azərbaycanlılar və qazaxlar həm eyni kökə, həm də bu xalqları dil və din eyniliyidə birləşdirir. Yəni bu xalqlar türk dilləri ailəsi olan oğuz qrupa aiddirlər. Hal-hazırda Qazaxıstanda üç yüz minə yaxın azərbaycanlı yaşayır. Orada yaşayan soydaşlarımız elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışırlar. Bildiyimiz kimi, hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönemində vahid mərkəzdən idarə olunublar. Stalinin dövründə yəni 1937-ci reprasiya zamanı minlərlə azərbaycanlı Qazaxıstan çöllərinə sürgün edilmişdir. Eyni zamanda Qazaxıstanda yaşayan məsxəti türkləri Azərbaycana köçürülmüşdür.Hər iki ölkə SSRİ-nin tərkibində olanda onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıdıldıqdan sonra, potsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münadibətlər daha da inkişaf etməyə başlamışdır. 1990-cı illərdə yəni Azərbaycanın başını qara buludlar aldığı bir dövrdə Böyük qazax mütəfikkiri Oljas Süleymanov 1990-cı ildə SSRİ-nin Ali Sovetinin sessiyasında çıxış edərək, rus-erməni şovinizminə qarşı çıxmış və Azərbaycanın haqq səsini dünyaya bəyan etmişdir.

Qazaxıstan və Azərbaycan əlaqələri əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi çərcivəsində mövcud olmuşdur.

2022-ci il 24 avqust tarixində Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü olub. Tokayevin rəsmi səfəri nəticəsində ticari-iqtisadi, nəqliyyat, loqistika, mədəni-humanitar və əməkdaşlığın genişləndirilməsi barədə məsələlər müzakirə olunmuşdur. Eyni zamanda Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir. Qazaxıstanın Azərbaycana hədiyyəsinin işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının köçürülməsi sözdə yox əməldə xalqımıza qarşı qardaşcasına münasibətin təzahürüdür. Tikiləcək bu mərkəz Füzuli şəhərində tkilməsi nəzərdə tutulur.

Qazaxıstan və Azərbaycan münasibətlərinin inkişafı çərcivəsində tranzit potensialının yüksədilməsi barədə söhbət edir. Bunun aktiv fəaliyyəti nəticəsində Orta Dəhliz layihəsi həyata keçirilir. Bu layihənin həyata keçirilməsində Qazaxıstan və Azərbaycanın rolu çox mühümdür.

Abbasova Pərvanə

Bakı Slavyan Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki