image-791a92b8-ebfd-35fe-85da-021b4ade95d1_850backend

“Qazprom” qaz hasilatını təqribən 15 faiz azaldıb

image-reklam_sirab_01

Rusiyanın “Qazprom” şirkəti bu ilin yanvar-avqust aylarında 288,1 milyard kubmetr qaz hasil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 14,6 % azalma deməkdir.

ilin ilk 8 ayında qeyri-MDB ölkələrinə qaz ixracı 37,4 % (49,1 milyard kubmetr) azalaraq 82,2 milyard kubmetr olub.

Eyni zamanda, avqustda “Qazprom”un orta gündəlik ixracı iyul ayı ilə müqayisədə təxminən 8 % artaraq 222,6 milyon kubmetrə çatıb.

“Qazprom” təsdiq olunmuş sifarişlərə uyğun olaraq qaz təchiz edir.

Rusiyanın daxili bazarında qaz nəqli sistemində “Qazprom”un qazına tələbat 8 ​​ayda 2,9 % (4,7 milyard kubmetr) azalıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki