Hər bir ölkə və xalqın dünya miqyasında tanınmasında idman və idmançıların da böyük əməyi var. İdmançılar əldə etdiyi qələbələrlə təmsil olunduğu dövləti başqa xalqlar arasında da tanıdır. Ümumiyyətlə, son 20-30 ildə xalqların tanıdılmasında idmanın çəkisi daha da artıb. Azərbaycan da bu mənada istisna deyil. Azərbaycan artıq çoxdandır idman ölkəsi olduğunu sübut edib. Ölkəmiz tanınmış idmançıları ilə fəxr edir. Çünki onlar dünya, Avropa miqyasında olimpiya oyunlarında qazandıqları möhtəşəm uğurlarla üç rəngli Azərbaycan bayrağını layiqincə göylərə qaldırıblar.Dəfələrlə beynəlxalq və regional əhəmiyyətli yarışlarda uğur əldə etməklə idmançılarımız həm də Azərbaycanı tərənnüm edib, onu tanıdıb. Son illər idman sahəsində ölkəmizin əldə etdiyi medallar buna əyani sübutdur. Bir il ərzində Azərbaycan idmançıları müxtəlif səpkili yarışlarda birinci, ikinci və üçüncü yerləri tutmaqla Vətənə 900-dən çox medalla qayıdıb. Bu isə ərazicə balaca olan ölkə üçün çox böyük nailiyyətdir. Bildiyimiz kimi, dünya idmanının şahı futboldur. Bu idman növü ilə minlərlə insan məşğul olur, bundan başqa, milyonlarla insan futbolun vurğunudur. Azərbaycan müstəqillik əldə etdikdən sonra futbol sahəsində də inkişaf tempinin getdiyi göz önündədir. Artıq ölkəmizdə stabil çempionat keçirilir. Müasir standartlara cavab verən bir neçə stadion tikilib və bir çoxları da plandadır. Futbolda son illər həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan FİFA və UEFA kimi beynəlxalq futbol qurumunda geniş nüfuz sahibi olub. Bunun nəticəsidir ki, UEFA-nın prezidenti, 80-ci illərin məşhur fransız futbolçusu Mişel Platini iki il öncə Bakıda səfərdə olub. Bakıya gələnlər arasında FİFA-nın prezidenti Zet Blatter də var. Azərbaycanın beynəlxalq arenada çəkisinin artmasının nəticəsidir ki, bu kimi iki möhtəşəm qurumun rəhbərləri ölkəmizə səfərə gəlib. Tanınmağımızın nəticəsidir ki, gələn il 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı məhz Azərbaycanda baş tutacaq. Düzdür, hələlik Azərbaycan futbolda Braziliya, İspaniya, Almaniya və s. ölkələr kimi möhtəşəm uğurlar qazanmasa da, özünün tanınmış futbolçuları ilə dünya miqyasında ad çıxarıb. Məsələn, keçən əsrin 40-50-ci illərində əslən azərbaycanlı olan Ələkbər Məmmədov Moskvanın “Dinamo” klubunda İtaliya və İngiltərədə həmin ölkələrin “Milan”, “Arsenal” kimi məşhur klublarının qapısına vurduğu qollarla nəinki özü, hətta respublikamız barəsində müsbət mənada ad çıxarmışdı. Bu mənada “Neftçi”nin 60-70 illərdəki əvəzolunmaz hücumçusu Banişevskinin adını çəkməmək doğru olmazdı. Onun haqqında futbol kralı Pele də yüksək sözlər deyib. İngiltərə və Almaniya sakinləri isə futbol hakimi Tofiq Bəhramovun adını, yəqin ki, heç zaman unutmayacaq. 1966-cı ildə dünya çempionatının Londonda baş tutan İngiltərə-Almaniya final oyununda ingilislərin vurduğu topun məhz hakim Bəhramov tərəfindən qol kimi qeyd alınması və sonradan təkrar görünüşdə bunun öz təsdiqini tapması həmyerlimizə dünya şöhrəti gətirmişdi. Bu doğru qərara görə İngiltərə kraliçası II Yelizaveta hətta ona “qızıl fitçalan” hədiyyə etmişdi. Azərbaycan idmançıları digər növlərdə də Vətənimizin başını həmişə uca edib. Xüsusən də güləş və ona yaxın olan digər növlərdə dəfələrlə Azərbaycan bayrağı dünyanın müxtəlif yarış meydançalarında yüksəlib və himnimiz səslənib. İdmançılarımız 4 ildən bir keçirilən olimpiya oyunlarında da Vətənimizin şöhrətini yüksəklərə qaldırıb. Məsələn, Pekində baş tutan son olimpiya oyunlarında Elnur Məmmədli sambo üzrə birinci olmuşdu. Fərid Mansurov da Pekindən qabaqkı olimpiya turnirində bu titula layiq görülənlər sırasındadır. Qadınlar arasında Zülfiyyə Hüseynova həmin növdə dəfələrlə dünya və Avropa birincisi olub. Ceyhun Məmmədov isə 8 dəfə dünya çempionu olmaq şərəfinə nail olub. Sərbəst güləşdə Namiq Abdullayev də dəfələrlə ölkəmizə dünya şöhrəti qazandırıb.
2020-ci il 27 Sentyabrda başlayan və müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsində əldə edilən Qarabağ Zəfəri tariximizin ən şərəfli və ən qürurverici hadisələrindən biridir. 30 il Erməni tapdağı altında olan Qarabağ torpağı və ətraf bölgələrin azadlığa qovuşması ölkəmizin hərbi-siyasi mübarizəsinin uğurlu nəticəsidir. Bu savaşın qalibləri isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, müzəffər Azərbaycan Ordusu və son 18 ildə dövlət başçımıza dəstəyini əsirgəməyən, onun arxasında dayanan, yeritdiyi siyasəti, sosial-iqtisadi islahatları daim yüksək qiymətləndirən xalqımızdır. Müharibədə bir addım belə geri çəkilmədən düşmənə dağ çəkərək irəliyə doğru gedən Azərbaycan ordusu cəmi 44 günə torpaqlarımızı işğaldan azad etmişdir. Qarşısında Vətənə sevgi bəsləyən ,ölümə meydan oxuyan igid oğullarımızı görən Ermənistan tərəfi hər zaman olduğu kimi öz terrorcu əməllərinə əl atmışdır. Gəncə, Tərtər, Bərdə, Beyləqan kimi rayon və şəhərlərimiz müxtəlif günlərdə bombalanmış ve bu terror aktı nəticəsində yüzlərlə insan həlak olmuş, ağır yaralanmışdır. Təkcə Gəncə şəhəri 4, 8, 11, 17 oktyabr olmaqla 4 dəfə Erməni terrorizminə məruz qalmışdır. Bu bombalanmalar nəticəsində 27 nəfər həlak olmuş, 125 nəfər yaralanmışdır. 2020-ci il oktyabrın 28-ində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin daha çox yerləşdiyi əraziyə “Smerç” tipli ballistik 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 15-i qadın ,8-i uşaq olmaqla 70 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu müddət ərzində isə Müzəffər Azərbaycan ordusu bir addım geri çəkilmədən ve bir nəfər belə olsun erməni mülki şəxsinə zərər vermədən Ermənistan ordusunu darmadağın edərək irəli getmiş və terror qurbanlarının qisasını xalqdan deyil düşmən əsgərindən almışdır. Ermənistanın terror aktı nəticəsində məsum insanlar, uşaqlar ölürdü, buna baxmayaraq Xocalı, Ağdaban faciəsində olduğu kimi bir çox ölkələr buna susurdu və bu vəhşiliyə göz yumaraq terrorçu dövlətə dəstək verirdilər. Lakin bu dəfə hər şey fərqli idi. Ali baş komandanımız İlham Əliyev, dəmir yumruq ətrafinda birləşdirdiyi güclü iradəyə sahib xalq və xalqına, dövlətinə güvənərək canını, qanını bu torpağa fəda edərək irəli doğru gedən AZƏRBAYCAN ORDUSU. Bu gün azad etdiyimiz torpaqlarımızda erməni vandalizminin izlərini açıq şəkildə görə bilirik. Biz multikultural bir dövlətik. Bu gün ölkəmizdə erməni xalqı da daxil olmaqla dilindən, dinindən aslı olmayaraq yüzlərlə xalq yaşayır. Ölkəmizdə hər dinə mənsub qurumlar fəaliyyət göstərdiyi halda , Ermənistanın işğal müddəti dövründə torpaqlarımızda yerləşən məscidlər mənfur düşmənin vandalizminə məruz qalmışdır. Bu gün dinindən dilindən aslı olmadan
Bütün dünya, terrorizmin mənfi xüsusiyyətlərini dərk etməli ,onun yaratdığı fəsadları görməli və ondan üz döndərməlidir.
Bu gün sadəcə bizim deyil bütün dünya ölkələrinin qarşısında duran ən böyük problem terrorizmlə mübarizə aparmaq ve terroru dünyamızda yox etməkdir.
Vətən müharibəsi qazisi
Salmanov Rüfət


























