image-01-6backend

Qərb Azərbaycanın haqlı mövqeyi ilə razılaşır

image-reklam_sirab_01

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də İspaniyanın “El Pais” qəzetinə müsahibə verib. Öz müsahibəsində dövlətimizin başçısı xüsusi olaraq qeyd edib ki, “Azərbaycan torpaqları işğaldan azad edilib, münaqişə bitib. Azərbaycanın ərazisi artıq müzakirə mövzusu deyil”.
Artıq Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası, tərəflər arasında sülh müqaviləsinin imzalanması, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunur. İndiki mərhələdə regiona dair gündəlik məsələlərdən biri də “Zəngəzur dəhlizi”nin açılması ilə bağlıdır. Bu məsələ 2020-ci il noyabrın 10-da qəbul edilən üçtərəfli, Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın Baş nazirinin imzaladıqları birgə bəyanatın 9-cu maddəsində öz əksini tapıb. Ermənistan bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilinə zəmanət verilməsi haqqında öhdəliyi yerinə yetirməlidir.
Azərbaycan Laçın dəhlizi vasitəsi ilə yol verməklə Ermənistana humanitar yardım, güzəşt edib. Yəni bu dəhlizdən ancaq Ermənistan, Azərbaycanın Xankəndi və ətraf ərazilərindəki ermənilər yararlanırlar. “Zəngəzur dəhlizi”nin funksiyası və faydası daha böyükdür. O, regional və qlobal əməkdaşlıq üçün çox böyük imkanlar yaradır. Bundan təkcə Azərbaycan tərəfi deyil, Ermənistan da faydalanacaq.
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq “Zəngəzur dəhlizi” boyunca dəmir yolunun çəkilməsi barədə razılıq əldə edilib. Bununla da Azərbaycan Cənub Qafqazda əməkdaşlıq, sülh, təhlükəsizliyin təmin olunmasını dəstəkləyən, bu istiqamətdə təşəbbüslərlə çıxış edən başlıca dövlət olduğu isbatlandı. Rəsmi Bakı bununla Avropa İttifaqı, region dövlətləri və bölgədə maraqları olan başqa dövlətlər üçün də etibarlı tərəfkeş dövlət olduğunu nümayiş etdirdi. Ehtimal etmək olar ki, perspektivdə NATO və Avropa İttifaqı Azərbaycan vasitəsilə regionda təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın inkişaf etdirilməsini dəstəkləyəcək.
Beləliklə, Avropa İttifaqı və NATO da Azərbaycanın regionda yaratdığı yeni reallığı və bu gerçəklikdən yaranan yeni fəaliyyət istiqamətləri ilə razılaşır. Odur ki, “Zəngəzur dəhlizi” həm də Cənub Qafqazla Avropa İttifaqını birləşdirə bilər.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki