image-fb_img_1618134353242backend

QƏRB-RUSİYA ARASI UKRAYNA DARTIŞMASI TÜRKİYƏNİN YERİ VƏ AZƏRBAYCANIN XEYRİ

image-reklam_sirab_01

İlqar Altay yazır

 

Yenidən qabaran Ukraynaətrafı, Ukrayna-Rusiya, Qərb-Rusiya qarşıdurması, dünyanın gündəmini alıb. Uzun yazı, təhlil tələbli mövzudur, amma fb oxunaqlığına uyğun, mümkün qədər qısa yazaq.

 

Məsələnin nəzəri, dərin köklü, geniş tərəfi.

Geniş baxsaq, Rusiya ilə bağlı bütün bu konflikt qovğalar, Qarabağdan tutmuş tam Donbasacan qonşulara hücum edib ərazi qopartmaq, əslində Rusiyanın özünümüdafiə, imperiyasını saxlama çabasıdır. Dünyada imperiyalar əbədi deyil. Hər birisi dağılmağa məhkumdur. Çünki süni, zorakı quruluşdur və həyat dünya bir müəyyən müddət sonra onun üzərinə yeriyir. Sökür, dağıdır, bitirir. Bütün dünya imperiyaları tarixində bu belə olub.

1989-ci il Berlin divarları və Varşava Müqaviləsi, 1991-ci il SSRi çöküşü kimi bir həyat hücumuna itkisi, kiçilməsinə məruz qalmış Rus İmperiyası heç olmasa, Rusiya Federasiyası həddi həcmini saxlamaq vahiməsində özünüqoruma, rabitəsiz addımları atmağa başladı. Qarabağa, Abxaziya, Osetiya, Dnestryanı və sonda da Krım, Donbasa təxribat hücumları ilə. Əslindəsə, bunlar hücum deyil, dünyanın, həyatın bu imperiyanın ləğvinin labüdlüyünü təmin edən təzyiqini müvəqqəti də olsa, saxlama əks-hücumları idi. Həyatın küncə sıxdığı ayının pəncə atması-rusca “отбивание”. 91-dən bəri Moskva RF-nı bu çabalarla saxlayır.

image-fb_img_1618134361761

Ancaq əlahəzrət həyat, zamanın qoyduğu məhv (eləcədə yaranma, inkişaf) proqramı müvəqqəti saxladıla bilərsə belə onun icrasının qarşısı heç bir qüvvə ilə alına bilməz! Budur bax, 90-ci ildən başlayaraq Rusiyanın, həyat, zaman həmləsinə qarşı qurduğu, həmin, müvəqqəti istehkamların artıq 2020-ci ildən Qarabağdan dağılma proses dövrü başlanıb. Necə ki, qurulması Qarabağdan başlanmışdı, 90-da. Növbə Donbasın, Krımındlr.

Soruşula bilər ki həyat, zaman yazırsınız, amma faktiki Rusiya üzərinə yeriyən ABŞ, Qərbdir. Bəli, səbəb Allahdandı, deyirlər. Məhvin ya yaranışın, çöküş ya yüksəlişin zaman və şəraiti yetişdikdə səbəb, vasitə tapılır. Bu gün Qərb, Rus imperiya çöküşü üçün, vaxtilə, Rus – İvan Qroznıy Monqol İmperiyası çöküşü üçün vasitə olub. Gələcəkdə, həyat, zaman ABŞ-Qərbin çöküşünü labüd bilsə, başqa güclü vasitə ortaya çıxardar. Bu həyatdır.

image-fb_img_1618134364144

Məsələnin praktiki, hərbi-siyasi tərəfi.

Xüsusən də, Rusiya xofu, regional siyasi çəkisi, silahının zəifliyi və Türkiyə qarşısında duruşsuz halı barədə, Azərbaycanın uğurla apardığı, 2-ci Qarabağ savaşını izləməklə çıxardığı nəticədən sonra, Qərb, dərhal Rusiya üzərinə qəti hücuma keçib. Artıq, hiss edir ki, Rusiyanı, lokal savaşa çəkməklə zəiflətmək də olar, nəinki Rusiyanın o təsirindəki ölkələrdə rəngli inqilabları yaratmaq kimi zəif, yavaş, qeyri-birbaşa təsirli metodlarla. Özü də lokal savaşı qonşu və nüvə silahsız ölkə ilə təşkil etmək ki, Rusiyanın nüvə fikri olmasın.

Əvvəl, Rusiyanı Türkiyə ilə lokal savaşa salmaq düşünülürdü, Suriya ərazisində. Ərdoğan daha müdrik və hiyləli siyasətçi çıxaraq, əvvəlcə belə bir addıma gedəcək kimi göstərdi özünü Qərbə. Qərbdən dəstək aldı. Və son onilliklərdə Rusiya qarşısında onun xofunu dünyada ilk qıran mərd dövlət oldu. Amma lazımi anda dayanıb, özünü neytral regional güc dövləti kimi göstərərək irəli çıxdı. Rusiyaya da özünü saydırıb saziş bağladı, Qərb və NATO ilə də əlaqələrini saxladı ki, lazım olaram, Rusiya-Qərb arası neytral körpüsü kimi.

image-fb_img_1618134367903

Sonradan Qərb, Rusiya ilə lokal müharibə üçün Ukraynanı seçdi. Bu da əlverişli variant idi, belə bir icra üçün. Ukraynanın həm vicdan və hüquqi haqqı var, vətən üçün, Rus işğalına qarşı çıxsın. Həm, 50 milyonluq Ukraynanın səfərbərlik kimi imkanı var 1-2 milyon qüvvə çıxartsın. Həm, öz tarixi hərbi müharibə ənənə, təcrübə-bazası var, millət döyüşəndir, sovet ordusunun zabit heyəti əsasən, ukraynalılardan ibarət idi. Həm, ərazisi böyükdür, Gürcüstan kimi deyil ki 2 saata rusun tankları gəlib, Tiflisə çıxsın! Və nəhayət, açıqca göstərməsələr də neçə ildir ki, Qərb, ABŞ, NATO Ukraynanı müharibəyə hazırlaşdırır. Zabitlərinin xaricdə xüsusi təhsil, təlimindən tutmuş, ölkəyə ən müasir silahların verilməsi, ordunun təchizat və hərbi bazalar, kəşfiyyat və s. təminatına kimi.

Nə gözlənilir? Fikrimcə 2 variant:

1. Lokal müvəqqəti və həm Rusiyaya ciddi canlı, texnika, silah, maddi, imic-xof itkisi verə biləcək təpkili müharibə və müəyyən, hədəf, məqsədlər əldə edildikən sonra, vasitəçilərlə durdurulması.

2. Türkiyənin vasitəçiliyi və Putinin guya Rusiya maraqlarını təmin edən, əslində görüntü, özünü sındırmama şərtlər adı ilə onun Donbasdan geri çəkilmə razılaşması. Yəni, müharibəsiz variant.

Amma, bu proses dayanan deyil, bundan sonra Rusuyanın bütün Moldova, Gürcüstan, Krımdakı imperiya istehkamları da, sökülər. Və davamlı…

Bizim Azərbaycana nə verir bu gedişat?

image-fb_img_1618134371253

– Rusiyanın Ukrayna qovğasında başı çox bərk qarışır, təklənmiş və həm də NATO ilə uz-bə-üz və Qarabağ, erməni dərdi, hayında ollmamaqla, Qarabag məsələsində Azərbaycana maneəsiz.

– Türkiyənin Ukrayna, Qərb-Rusiya ziddiyyətilə bağlı sabit, neytral vasitəçi rolu Rusiya və Qərb önündə çəkisini daha, qat-qat qaldırır və bizim də, Orta Asiya, dünya türk birliyinin də irəliləyiş yolunu açır. Bu saat Qərbin və Şərqin, dünyanın gözü Türkiyəyə zillənib, kimin tərəfində olacaq.

– Rusiya işğal, təsir, təzyiq, təhdid və xof buzu Qarabağ müharibəsində sındırılmaqla, bundan sonra Azərbaycan imperiyaya qarşı ilk mübariz təpki verən, azadlıq yolu açan bir dövlət və xalq kimi tarixə düşür öz, 44 günlük, mərd savaşı ilə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image