“Biz buradan qalib çıxacağıq”
Vətəninfo.az xəbər verir ki, bu fikirləri Rusiyanın Federasiyasının Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında bildirib.
“Biz buradan qalib çıxacağıq. Biz milli təhlükəsizliyimizi təmin edirik. Necə ki, bunu 1945-ci ildə Berlində təmin etmişik, eləcə də Kiyevdə təmin edəcəyik. Biz ABŞ-nin diqtəsi ilə idarə olunan dünya nizamını qəbul etməyəcəyik. Qərbin son 500 ildəki hegemoniyasının sonu gəlib”, – deyə Petr Tolstoy vurğulayıb.