image-56backend

Qətər Milli Kitabxanasında Nizami Gəncəvinin 880 illiyi qeyd edilib

image-reklam_sirab_01

Qətər Milli Kitabxanasının və Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Vətəninfo.az “The Peninsula”ya istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə Qətərin dövlət naziri, Milli Kitabxananın prezidenti Həməd bin Əbdüləziz Əl-Kavari açıb.

Sonra Azərbaycan mədəniyyət nazirinin müavini Elnur Əliyev çıxış edib.

Həməd bin Əbdüləziz Əl-Kavari Qətər və Azərbaycanın eyni mədəni, tarixi və dini dəyərləri bölüşdüyünü, bunun ölkələr və xalqlar arasında münasibətləri möhkəmləndirməyə kömək etdiyini vurğulayıb.

“Tarixi kitabxana olaraq qürurla onun işlərini və əl yazılarını öz kolleksiyalarımızda nümayiş etdiririk”, – o bildirib.

E.Əliyev Qətər Milli Kitabxanasında Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin qeyd edilməsi üçün imkan yaradılmasına görə təşəkkür edib, yaxın gələcəkdə Azərbaycan və Qətər arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin davam etdiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki