image-340743e3-cc66-3ede-8922-ec8c91aaf3d6_850backend

Qətərdə nümayiş olunan “Mahmud və Məryəm” filmi maraqla qarşılanıb

image-reklam_sirab_01

Qətərin Dram Teatrında Azərbaycanın görkəmli yazıçısı Elçin Əfəndiyevin eyniadlı romanı əsasında çəkilmiş “Mahmud və Məryəm” filmi nümayiş olunub.

Bu barədə “Gulftimes.com”a istinadən xəbər verir.

Filmin nümayişi Azərbaycanın bu ölkədəki səfirliyi və Qətərin birgə təşəbbüsü ilə baş tutub.

Mərasimdə Azərbaycanın səfiri Rəşad İsmayılov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyənin bu ölkədəki səfiri Mehmet Mustafa Göksu, digər diplomatlar və Qətərdəki Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl R.İsmayılov Qətərə göstərdikləri köməyə və dəstəyə görə təşəkkür edib.

G.Əfəndiyeva çıxışında Azərbaycan səfirliyinə və Qətər hökumətinə minnətdarlığını bildirib.

Portal qeyd edib ki, “Mahmud və Məryəm” Azərbaycan və Türkiyənin ilk müştərək layihəsi kimi 2013-cü ildə türk rejissor Mehmet Ada Öztekin tərəfindən çəkilib:

“Ərəb dilinə dublyaj edilən, ərəb ölkələrində ilk dəfə Qətərdə nümayiş olunan və fərqli dünyadan iki gəncin həyatından bəhs edən bədii filmdə əsas rolları Aras Bulut İynemli və Eva Dedova ifa edirlər. Filmdəki hadisələr XV əsrdə cərəyan verir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki